“Prezidentin ABŞ səfəri yeni mərhələnin başlanğıcıdır”
Tarix: 01.04.2016 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında yeni mərhələnin başlanğıcıdır".
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Prezident İlham Əliyev ilə ABŞ Dövlət Katibi arasında ikitərəfli görüş xüsusi qeyd edilməlidir.
YAP rəsmisi vurğulayıb ki, Prezident İlham Əliyev və Dövlət katibi Con Kerri tərəfindən verilən bəyanatlarda çox mühüm məsələlər qeyd edildi: "Azərbaycan ilə ABŞ arasındakı strateji əməkdaşlıq, Azərbaycanın beynəlxalq antiterror əməliyyatlarında fəal iştirakı, Avropanın enerji təhlükəsizliyindəki rolu dövlət katibi tərəfindən qeyd edildi və bildirildi ki, Azərbaycan ilə ABŞ arasında çox yüksək xətlə inkişaf edən münasibətlər var. Həmçinin, Prezident İlham Əliyevin ayrı-ayrı rəsmi şəxslərlə, ictimaiyyət nümayəndələri, lobbi təşkilatlarının nümayəndələri ilə görüşləri bir daha Azərbaycanın nə qədər inkişaf etdiyini və dünyada nə qədər etibarlı bir tərəfdaş olduğunu sübut edir”.
S.Novruzov əlavə edib ki, Prezident İlham Əliyevin bu səfəri çox uğurlu səfərlərdən biridir: “Bu səfər ABŞ ilə Azərbaycan arasında əməkdaşlıqda yeni bir mərhələnin başlanğıcıdır və bu mərhələ çox uğurla davam edəcək”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info