R.Rzayev:“Vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib”
Tarix: 01.04.2016 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev qurumun ötən ildəki fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransı keçirdi. Ali Məhkəmənin sədri bildirdi ki, ötən il Azərbaycan, eləcə də Ali Məhkəmənin fəaliyyəti üçün uğurlu il olub. Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə sistemi ilə bağlı sərəncamlarının icrası, Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb. R.Rzayev diqqətə çatdırdı ki, ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün ən müasir standartlara uyğun şərait yaradılıb. Habelə “Elektron məhkəmə”yə keçidin təmin olunması məqsədilə Ali Məhkəmədə yeni “Elektron sənəd dövriyyəsi”nin və məhkəmə kasasiya şikayətlərinin və işlərinin elektron formada işlənməsi sistemi yenilənib. Əvvəlki illərlə müqayisədə 2015-ci ildə vətəndaşların hüquqlarının məhkəmə müdafiəsinin səviyyəsi yüksəlib.
Qeyd edilib ki, Azərbaycan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulduğundan Avropa Məhkəməsinin presedent hüququ bizim məhkəmə sistemimiz üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmələrin fəaliyyətinə olan tələblər daha da yüksəlib. Bu baxımdan ədalət mühakiməsini həyata keçirən hakimlərin beynəlxalq hüquq normalarını, inşan hüquqları sahəsində beynəlxalq standartları, onların tətbiqi təcrübəsini mənimsəmələri önəmli olduğundan Ali Məhkəmədə hər həftə keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də həmin Konvensiyanın müddəaları, Avropa Məhkəməsinin presedent hüququ müzakirə edilir. Hakimlərin və dəvət olunmuş beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar keçirilir. Avropa dövlətləri məhkəmələrinin müasir təcrübəsinin öyrənilməsinə kömək edən xarici ölkələrə tanışlıq səfərləri təşkil olunur.
Məlumat verilib ki, son illər 40-dək məhkəmə binası müasir standartlara uyğun layihələndirilib, qısa müddətdə 11 məhkəmə üçün yeni binalar istifadəyə verilib. Hazırda bir o qədər bina da inşa olunmaqdadır. Bu binalarda vətəndaşların rahatlığı məqsədilə lazımi imkanların yaradılması bir çox problemləri, habelə korrupsiya şəraitini aradan qaldırır.
Ali Məhkəmənin sədri vurğuladı ki, 2015-ci il noyabrın 4-də Prezident İlham Əliyevin Şəki məhkəmə kompleksinin açılışını etməsi hakimlər, məhkəmə işçiləri, bütün hüquqşünaslar üçün tarixi hadisədir. Bu, məhkəmə hakimiyyətinin cəmiyyətdə rolunun və yerinin müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verilməsi kimi qiymətləndirilməlidir. Açılış mərasimində Prezident İlham Əliyev çıxışında ədliyyə və məhkəmə orqanları qarşısında mühüm vəzifələr qoyub, korrupsiyanın aradan qaldırılmasında məhkəmələrin rolunu xüsusi olaraq qeyd edib. Dövlət başçısı bildirib ki, korrupsiya ilə mübarizə aparmaq üçün ilk növbədə, məhkəmə sistemində korrupsiya halları tam aradan qaldırılmalıdır. Ədalət mühakiməsini həyata keçirən hakimlər qanunlara dürüst əməl etməli, məhkəmələrin cəmiyyətdə nüfuzunun artmasına, məhkəmələrə inamın yüksəlməsinə nail olmalıdırlar. Məhkəmə proseslərinin şəffaf, qərarlarının ədalətli olması əsas şərtdir. Ədalətli qərarlar insanlarda dövlətə, məhkəməyə inamı artırır.
Sədr qeyd etdi ki, ötən il Ali Məhkəmənin mülki, inzibati-iqtisadi və cinayət kollegiyalarında baxılmış işlərin sayı 2014-cü illə müqayisədə artıb.
KİV ilə münasibətlərə də toxunan R.Rzayev qeyd etdi ki, Ali Məhkəmə media ilə əməkdaşlığa mühüm əhəmiyyət verir. Bu əməkdaşlıq məhkəmə və cəmiyyət arasında əlaqəni daha da gücləndirir.
Tədbirdə Ali Məhkəmənin kollegiya sədrləri, qurumun informasiya texnologiyaları şöbəsinin rəhbəri iştirak etdilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info