“İstiqlal müjdəçisi” adlı tədbir-sərgi təşkil olunacaq
Tarix: 01.04.2016 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


Aprelin 8-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Nofəl Tahirzadəyə həsr olunmuş “İstiqlal müjdəçisi” adlı tədbir-sərgi təşkil olunacaq.
Nofəl Tahirzadə 5 sentyabr 1955-ci ildə Qutqaşen (indiki Qəbələ) rayonun Xirxatala kəndində anadan olub. 1972-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Nofəl Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunun memarlıq fakültəsinə qəbul olunub, 1977-ci ildə Saransk şəhərinə təyinatla göndərilib və orada işləməyə başlayıb. 6 avqust 1978-ci ildə Saranskda müəmmalı şəkildə həlak olub. Nofəl Tahirzadə XX əsrin 70-ci illərində bütöv və müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda gizli mübarizə aparırdı, həmin dövlətin gerbini və bayrağını, müstəqil Azərbaycan Ordusu qərargahının sxemini, həmin ordunun hərbi Nizamnaməsini, əsgər və zabitlərinin poqonlarını və geyim formalarını, Azərbaycanın milli əlifbasını və eksperimental dil hazırlayıb. O, istedadlı memar, rəssam, yazıçı, şair, tarixçi olub.
Tədbirdə Ədalət Tahirzadənin “Nofəl Tahirzadə - Müstəqil Azərbaycan dövləti uğrunda mücahid” adlı kitabının təqdimatı keçiriləcək, sərgidə Nofəl Tahirzadənin şəxsi əşyaları, sənədləri, fotoşəkilləri nümayiş olunacaq.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Nofəl Tahirzadənin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Ədalət Tahirzadə, Nofəl Tahirzadənin sinif yoldaşı Nailə Tahirzadə, hərbi tədqiqatçı Şəmistan Nəzərli və digər qonaqlar çıxış edəcəklər, Respublikanın Əməkdar artisti Ağalar Bayramov Nofəl Tahirzadənin qələmə aldığı şeir parçalarını səsləndirəcək.
Tədbirdə Nofəl Tahirzadənin qohumları və dostları, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info