1,3 mln. ədəd siqaret müsadirə olunub
Tarix: 01.04.2016 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatçısı kimi Dövlət Gömrük Komitəsinin (DGK) fəaliyyətində prioritet  istiqamətlərdən  biri qaçaqmalçılıq hallarına qarşı mübarizədir.
Komitənin Mətbuat Xidmətindən verilən məlumata görə, komitə daim qaçaqmalçılıq hallarına qarşı qətiyyətli mövqe nümayiş etdirərək, yerli istehsalın qorunması, dövlət büdcəsinə ödənəcək vergi və rüsumlardan  yayınma hallarının qarşısının alınması istiqamətində  təxirəsalınmaz tədbirlər həyata keçirir.
 Bu fəaliyyətin nəticəsidir ki, təkcə tütün məmulatlarının qaçaqmalçılığı üzrə 2016-cı ilin ilk 3 ayı ərzində gömrük orqanları tərəfindən 1 mln. 273 min 350 ədəd siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq faktları Aksiz Baş Gömrük İdarəsi, Tovuz, Xaçmaz, Astara, Balakən və Biləsuvar Gömrük İdarələri tərəfindən aşkar edilib.
Xüsusilə Gürcüstan və Rusiya ilə sərhəddə yerləşən rayonların bəzi sakinləri gün ərzində dövlət sərhədini bir neçə dəfə keçərək siqaret qaçaqmalçılığı ilə məşğul olan möhtəkirlərdən aldıqları müəyyən məbləğ vəsaitə görə onlara aid siqaretləri daşımaqla məşğul olurlar, ümumiyyətlə sui-istifadə hallarına yol verirlər.
DGK bəyan edir ki, bu şəxslərin müəyyən edilməsi və onların qanunsuz əməllərinin qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir və bundan sonra da bu tədbirlər davam etdiriləcək.
DGK bir daha vətəndaşlara xəbərdarlıq edir ki, sui-istifadə hallarına yol verməsinlər və mövcud qanunvericilikdə nəzərdə tutulan miqdardan artıq siqaretlərin ölkə ərazisinə gətirilməsinin qarşısı qətiyyətlə alınacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info