Millət vəkili Vaşinqton-Bakı münasibətlərindən danışdı
Tarix: 01.04.2016 | Saat: 19:46:00 | E-mail | Çapa göndər


“Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli və beynəlxalq təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Bu baxımdan, Prezident İlham Əliyevin ABŞ-da keçirilən Beynəlxalq Nüvə Sammitinə dəvət alması və onun həmin tədbirdə ən nüfuzlu iştirakçılardan biri kimi iştirak etməsi və qiymətləndirilməsi də belə qənaətə gəlməyə zəmin yaradır ki, bu prioritetlər ilk növbədə Azərbaycanın xarici siyasət kursunun davamlı uğurlarının məntiqi nəticəsidir”. Bu fikirləri SİA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Adil Əliyev Prezident İlham Əliyevin IV Nüvə Təhllükəsizliyi Sammitindəki iştirakına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmişdir: “Bütün bunlar isə diplomatik reallıqlar fonunda dövlətimizin imicini xeyli yüksəltmişdir. Bu kimi mötəbər beynəlxalq tədbirdə Azərbaycana xüsusi yerin ayrılması və orada ABŞ rəsmiləri tərəfindən irəli sürülən fikirlər də məhz belə qənaətə gəlməyə zəmin yaradır. ABŞ prezidenti Barak Obama tərəfindən Azərbaycanın dövlət başçısına dəvət göndərilməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı dövlətçilik nüfuzundan, onun iqtisadi inkişafına verilən qiymətdən xəbər verir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə təhlükəsizliyə verdiyi töhfənin qiymətləndirilməsidir”.
Adil Əliyev Prezident İlham Əliyevlə Con Kerrinin görüşündə ABŞ dövlət katibinin bəyanatlarına da toxunaraq qeyd edib ki, ABŞ hər zaman Azərbaycanla çoxşaxəli əməkdaşlıq və tərədaflıq prinsipi yürütməkdə maraqlı olduğunu nümayiş etdirib: “Əbəs yerə deyil ki, Azərbaycanın uzun illərdir yaşadığı Dağlıq Qarabağ problemi ətrafında ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi barədə sərgilədiyi münasibət də qeyd edilən faktoru ehtiva etməkdədir.ABŞ-ın dövlət katibi deyib ki, ABŞ eyni zamanda münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Təbii ki, bu münaqişə işğal olunmuş ərazilərimizin inkişafına ciddi maneələr yaradır, bu baxımdan, onun ədalətli və tez bir zamanda həllinin vacibliyini də ABŞ  tərəfi anlayır. Bu səbəbdən, Kerri Prezident İlham Əliyevlə görüşündə regionda Azərbaycanın iqtisadi imkanlarının çox geniş olduğunu xatırladıb və rəsmi Vaşinqtonun Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Təbii ki, bu kimi mötəbər beynəlxalq tədbirdə Preizdent İlham Əliyev də əhəmiyyətli məsələlərə toxunaraq, xatırladıb ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır: “Ölkə rəhbərimiz Azərbaycanın ABŞ-la iqtisadi əməkdaşlığı barədə və bu əməkdaşlığın inkişafı haqqında fikirlərini önə sürərək, Ermənistanın işğalçılıq siyasətinin daha geniş əməkdaşlığa mane olduğunu xatırladıb. Belə ki, ABŞ şirkətləri Azərbaycana külli miqdarda sərmayə yatırır. Əgər işğal olunmuş ərazilərimiz azad edilsəydi və bu sərmayələr həmin ərazilərimizə də yatırılsaydı Azərbaycan daha əlverişli iqtisadi proseslərdə nəhəng layihələrə imza ata bilərdi. Ona görə də dövlət başçımız regionda Ermənistanın işğalçılıq siyasətindən danışıb və vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın torpaqlarını işğal ediblər. Dağlıq Qarabağ münaqişəsi Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir. Cənab İlham Əliyev deyib ki, Ermənistanın işğalçılıq siyasəti regionda təhlükəsizliyə böyük hədədir”.
Millət vəkili son olaraq onu da qeyd edib ki, bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib: “Ümumiyyətlə, sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani sübutdur. Ona görə, həm də bu cür düşünmək olar ki, Azərbaycan balanslı diplomatiya ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilib. Nəticədə Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir. Təbii ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin IV Nüvə Təhllükəsizliyi Sammitində ən yüksək səviyyədə iştirakı qeyd olunan fikirləri bir daha təsdiqləmiş olur”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info