“ABŞ-Azərbaycan münasibətləri yeni müstəviyə çıxacaq”
Tarix: 01.04.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi və ABŞ-da keçirdiyi ikitərəfli görüşlər iki ölkə arasında münasibətlərin yeni müstəviyə çıxmasına şərait yaradacaq. Bunu Trend-ə Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O, qeyd edib ki, bu səfər çərçivəsində Azərbaycanla ABŞ arasında əməkdaşlığın yeni istiqamətləri göründü: “Bu səfəri iki ölkə arasında əməkdaşlığın inkşaf perspektivləri baxımından çox uğurlu hesab etmək olar”.
Deputat vurğulayıb ki, sammitinin çox sıx proqramı olsa da, Prezident ABŞ-da çox əhəmiyyətli ikitərəfli görüşlər keçirdi: “Həm ABŞ-ın dövlət katibi Con Kerri, həm də ABŞ-ın vitse-prezidenti Co Baydenlə keçirilən görüşlər hər iki ölkə üçün xüsusilə əhəmiyyətli idi. Görüşlərdə Azərbaycanın qlobal təhlükəsizlikdə, o cümlədən enerji təhlükəsizliyində rolu yüksək qiymətləndirildi və iki ölkə arasında həm iqtisadi, həm də siyasi müstəvidə əməkdaşlıqla bağlı çox səmərəli müzakirələr aparıldı”.
M.İbrahimqızı vurğulayıb ki, Azərbaycanın bu sammitdə iştirakı eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuz sahibi olmasının göstəricisidir: “Bu sammitə 60-a qədər ölkə dəvət olunub. Bu ölkələrdən birinin Azərbaycan olması böyük göstəricidir. Bu bir daha Azərbaycanın nüvə təhlükəsizliyi, qlobal və regional təhlükəsizlikdə önəmli yer tutduğunu göstərir”.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info