“Project Syndicate”: “Çində 4 milyon iş yeri azalacaq”
Tarix: 02.04.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“Çin hakimiyyəti milyonlarla insanın az səmərəli olan kənd təsərrüfatı bölgələrindən şəhərə köçürülməsini planlaşdırır”

ABŞ-ın “Project Syndicate” media qurumunda müəllif Martin Fildstayn Çində aparılan iqtisadi islahatlar və hədəflər barəsində maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Az öncə bir həftə vaxt keçirdiyim Çindən geri döndüm. Orada Çin məmurları ilə söhbətləşdim və Çinin inkişafı ilə bağlı Forumda iştirak etdim.
Bu forum hər il Çin rəsmiləri və xaricilərin, eyni zamanda aparıcı şirkətlərin rəhbərlərinin birgə keçirdikləri tədbirdir. Çin hökuməti 13-cü beşillik planı yenicə açıqlayıb, buna görə də Çin məmurları bunun Çin üçün hansı önəm kəsb etdiyi barədə həvəslə danışdılar. Amma bu planda gərək ki, sonsuz sayda konkret layihə və tapşırıqlar çoxdur. Eləcə də burada “bazar təkliflərinin restrukturlaşması” ilə bağlı məsələ əsas müzakirə mövzusudur. Bu termin iqtisadi artımın və həyat standartlarının yüksəldilməsi ilə bağlı olduqca geniş məna kəsb edir. Bu termin bazar tələbatı sferasında ənənəvi siyasətdən fərqlənməyə kömək etməlidir və iqtisadi aktivliyin gücləndirilməsinə yönləndirilməlidir.
Bazar təklifləri sferasında bir nömrəli tədbirlər sırasında kömür və metaləritmə sahələrindəki dövlət şirkətlərində artıq müəssisələrin aradan götürülməsi durur. Bu isə təxminən 4 milyon iş yerinin aradan götürülməsi deməkdir. Bu isə Çinin işçi qüvvəsinin 0,5 faizi edir. Planda işsiz qalanlara yardım göstərən xüsusi fondun yaradılması da gözdən keçirilir. Ekspertlərin fikrincə, ixtisar daha ciddi və əhatəli olmalıdır, amma hakimiyyət bu məsələdə kiçik addımlardan başlamağı və əhalinin reaksiyasını öyrənməyi vacib bilib.
Bunda başqa, Çin milyonlarla insanın az səmərəli olan kənd təsərrüfatı bölgələrindən onlarla yeni şəhərə köçürülməsini planlaşdırır. Həmçinin bu planda 50 yeni hava limanı və minlərlə mil yeni avtomobil yollarının salınması nəzərdə tutulur. Hakimiyyət həm də aktiv şəkildə “Bir kəmər, bir yol” layihəsini həyata keçirməyə çalışır. Bu layihə isə Çini digər Asiya ölkələri, Mərkəzi Asiya və hətta, Avropa ilə bağlayan limanlar, dəmir yolları və şosselərlə təmin olunma üçün resurs və maliyyə dəstəyini ehtiva edir. Bunun xarici aləmlə bağlı tapşırığı isə Çinin nüfuzunun regionda və dünyada artırılmasıdır. Plan həm də artıq hesab edilən bir neçə Çin sənaye müəssisəsinin ixrac edilməsinə imkan yaradır.

“Forumda çıxış edən çinli məmurlardan biri qeyd etdi ki, ötən il xarici ölkələrə gedən milyon çinli turist öz kredit kartları ilə 1 milyard dollarlıq mal alıblar. Bu mallar onların ölkələrində yoxdur. Halbuki bu malların bir qismi Avropa və amerikan brendləri adı altında Çində istehsal olunur”

Məmurlar həm də elmi araşdırmalar və işləmələrlə innovasiyaları stimullaşdırmaq istəyirlər. Onlar həmçinin, yüksəktexnologiyalı şirkətlər üçün vergiləri azaldırlar. Vergi islahatı ƏDV-ni xidmət sektoruna tətbiq etmək istəyir. Maliyyə islahatı isə bank və kreditlərlə bağlı faiz yatırımlarına limit tətbiq etməyi nəzərdə tutur.
Bununla yanaşı, Çində yeni valyuta rejimi ilə bağlı qeyri-müəyyənlik var. Son illərdə yuan dollara münasibətdə düşüb. Bu isə Çin istehsalçıları ilə rəqabətdə olan amerikan firmalarının şikayətlənməsinə səbəb olub. Bununla yanaşı, 2010-cu ildən yuan digər inkişaf etmiş ölkələrin valyutasına nisbətən 25 faiz möhkəmlənib.
Hökumət bazara valyuta kursunu müəyyənləşdirməyə imkan yaradacağına söz verir və əmin edir ki, yuanın bundan sonra da qiymətdən düşəcəyinə heç bir əsas yoxdur.
Qarşıdakı beş ildə ətraf mühitin yaxşılaşdırılması da hökumətin proqramında mühüm yer tutur. Cəmiyyət çayların və torpağın təmizlənməsini və təmiz hava tələb edir. Bu məqsədlə hökumət yeni tənzimləmələr tətbiq etmək və rekultivasiya və karbon ixracı aşağı olan energetika ilə bağlı layihələrin maliyyələşməsinə görə “yaşıl istiqrazlar” buraxmağı hədəfləyir.
Hökumət Çin avtomobil istehsalçılarını hibrid maşınlar istehsal etməyə təhrik edir, bununla yanaşı xarici avtokonsernlərə xəbərdarlıq edilib ki, yeni qaydalara əməl edilmədiyi təqdirdə, hökumət onların bazarda paylarının azaldılmasına görə göstərişlər verəcək.
Bundan başqa, həyat keyfiyyətinin artırılması üçün Çin istehlakçılarının istifadə etdiyi məhsulların keyfiyyətinin artırılması tələb olunur.
Forumda çıxış etən çinli məmurlardan biri qeyd etdi ki, ötən il xarici ölkələrə gedən milyon çinli turist öz kredit kartları ilə 1 milyard dollarlıq mal alıblar. Bu mallar onların ölkələrində yoxdur. Halbuki bu malların bir qismi Avropa və amerikan brendləri adı altında Çində istehsal olunur.
Bütün bunlarla bərabər, Çin aşağı dərəcəli gəlirli ölkələr sırasındadır. Yəni adambaşına ÜDM-yə görə, 14 min dollar düşür. Bu, ABŞ-ın analoji göstəricisinin 14 qədərdir. Pekin və Şanxay yetərincə varlı şəhərlər olmasına baxmayaraq, Çində yoxsullar hələ də çoxdur. 2020-ci ilə qədər ölkədə yoxsulluğun azaldılmasına görə, ölkədə yoxsulların 55 milyon nəfərə endirilməsi tələb olunur. Bununla yanaşı, yoxsulluq həddi ildə 354 dollar qazananlara şamil olunur. Bu isə gündə bir dollarlıq gəlirdən də az edir”.
Yazıda o da qeyd edilir ki, hökumət illik iqtisadi artımı növbəti 5 il ərzində 6,5 faizə qaldırmaq üçün ciddi iqtisadi siyasət yürüdür. Bu isə 2020-ci ilə qədər adambaşına düşən gəliri 2 dəfə artıra bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info