“The New York Times”: “Ukraynada tüğyan edən korrupsiya”
Tarix: 02.04.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Ukrayna parlamenti nəhayət ki, Viktor Şokinin ölkənin baş prokuroru kimi fəaliyyətinə xitam verib. “The New York Times” nəşrinin məlumatına görə, Amerika Birləşmiş Ştatları və Avropa dövlətləri onun istefasında maraqlı olmaqla yanaşı, hətta Ukrayna rəhbərliyindən də bunu təkidlə tələb edirdilər.
Qeyd edək ki, öz fəaliyyəti dövründə Şokin Ukraynada tüğyan edən korrupsiyanın köklü simvoluna çevrilmişdi. Təsadüfi deyildi ki, ölkə əhalisinin əksəriyyəti ölkədə yaşanan böhranın səbəbini daha çox ölkədə hökm edən korrupsiya ilə əlaqələndirir. Ukrayna parlamentində korrupsiyaya qarşı mübariz bir şəxs kimi tanınan Sergey Lesçenko itirilmiş ölkə ərazilərini də daha çox ölkədəki korrupsiya ilə əlaqələndirib. Təbii ki, ölkə rəhbərliyindəki dəyişikliyin korrupsiyada nəyəsə nail olacağı ümidi də son zamanlar artıq kəsərdən düşməkdədir. Belə ki, ölkədə yenə də bu neqativ hal davam etməkdədir. Hələ ötən ilin sentyabrında Odessada olan ABŞ səfiri Ceffri Payett korrupsiyanın Ukrayna üçün Rusiyanın ölkənin şərqindəki üsyançı qüvvələrinə göstərdiyi dəstəkdən də təhlükəli olduğunu demişdi. Həmin ilin dekabrında Kiyevə səfər edən ABŞ vitse-prezidenti Cozef Bayden də korrupsiyanı “Ukraynanın xərçəng şişi” kimi xarakterizə etmişdi. Ukraynadakı korrupsiyaya nümunə kimi, Ceffri Payett ölkənin keçmiş ekologiya naziri Nikolay Zloçevskinin Britaniyadakı qanunsuz hesabları barədə məlumatlı olduğunu, lakin baş prokuror Şokinin bütün bunlara müşahidəçi qalaraq heç bir cinayət işi qaldırmadığını göstərmişdi. Artıq istefaya göndərilən baş prokuror Viktor Şokinin səlahiyyətlərin, onun köməkçisi Yuriy Sevruk icra edir. Lakin əminliklə demək olar ki, onun da Şokinin təcrübəsini davam etdirməyəcəyinə inam çox azdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info