“Aykakan Jamanak”: “Ermənistan hökumətinin ehtiyat fondu tükənib”
Tarix: 02.04.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Maliyyə Nazirliyi vəsait çatışmazlığına görə ikinci yarım il üçün nəzərdə tutulan vəsaitindən istifadə etməyi təklif edir

“Aykakan Jamanak” nəşri yazır ki, Ermənistan hökumətinin ehtiyat maliyyə fondu tükənib. Nəşrin yazdığına görə, hökumətə təqdim edilən fond planlanan işləri görməyə kifayət etmir. Ermənistan Maliyyə Nazirliyinin məlumatına görə, 2016-cı ilin ilk yarısı üçün fondun kəsiri 2,9 milyon dram olacaq.
Maliyyə Nazirliyi təklif edir ki, ilk yarım il üçün planlanan işləri həyata keçirmək üçün ikinci yarım il üçün nəzərdə tutulan fondun vəsaitindən istifadə edilsin. “Aykakan Jamanak” yazır: “Maliyyə Nazirliyinin təklifi vəziyyətdən çıxış yolu deyil. Məsələ ondadır ki, ikinci yarım il üçün nəzərdə tutulan vəsait xərclənəndən sonra, bəs, həmin dövr üçün işlərə vəsaiti haradan tapacaqlar? Bütün il üçün hökumətin ixtiyarında 8 milyard dramlıq fond var ki, o da artıq tükənməyə başlayıb. Məlumat üçün qeyd edək ki, bu fond büdcədən ayrılması nəzərdə tutulmayan sahələrdə işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Həmin işlərə misal kimi təbii fəlakətlərin nəticələrinin aradan qaldırımasını göstərmək olar. Amma hökumətin ilin ilk yarım ili üçün nəzərdə tutulan vəsaiti hara xərclədiyi bəlli deyil. Maliyyə naziri Qaqik Xaçatryan bu məsələni hökumətin iclasında qaldıracağını bildirib. Həmin elə bu maliyyə naziri təxminən bir həftə əvvəl hökumətin iclasında təklif etmişdi ki, Dilicanda təhsil mərkəzinin inşası üçün həmin fonddan onun başçılıq etdiyi nazirliyə yarım milyard dram vəsait ayılsın. Əslində, Dilicanda heç bir təhsil mərkəzi inşa edilmir. Orada elit istirahət-əyləncə mərkəzi tikirlər. Bu mərkəzin inşası ətrafında çox səs-küy yarandığından hökumət bu məsələni hələlik təxirə salıb”.

Ermənistanda işsizlik ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artıb

Ermənistanın “Nyus.am” saytında işğalçı ölkə iqtisadiyyatı ilə bağlı maraqlı məqalə yerləşdirilb. Ermənistan Məşğulluq Agentliyinin şöbə rəisi Çoxik Bejanyan sayta bildirib ki, cari ilin 1 mart tarixi üçün ölkə üzrə 91,5 min nəfər iş axtaran kimi qeydiyyatdan keçib. Həmin işsizlərin 61 min nəfəri qadınlar, 22,7 min nəfəri isə gənclərdir. Bejanyan qeyd edib ki, Ermənistanda işsizlik rəqəmləri ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artıb. “Nyus.am” yazır ki, bu rəqəmlər ölkə üçün işsizlik vəziyyətini tam əks etdirmir. Belə ki, dövlət agentliyinin açıqladığı rəqəmlər sadəcə onlarda qeydiyyatda olan işsizləri əhatə edir. Əslində, ölkə üzrə işsizlərin sayı rəsmi qeydiyyatda olanlardan dəfələrlə çoxdur. İşaxtaran kimi qeydiyyatda duranların 86,8 faizi, ümumiyyətlə, işsizdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artım deməkdir. “Nyus.am” yazır: “İşsizlər arasında qadınlar böyük üstünlük təşkil edirlər. Belə ki, işsiz kimi qeydiyyata alınanların 68,3 faizini qadınlar, 24,4 faizini gənclər, 3,4 faizini isə əlillər təşkil edir. İşaxtaranların 13, faizi universitet təhsilli, 18,6 faizi orta ixtisas təhsilli, 6,3 faizi peşəkar texniklər, 52,8 faizi isə orta təhsillidir. İşsizlərin 24,5 faizi 16-29, 40,3 faizi 30-44, 20,6 faizi 45-54, 14,6 faizi 55 və daha yuxarı yaş qrupuna aiddir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info