“Gənclərimiz şəxsi inkişafla bağlı layihələrə böyük maraq göstərirlər”
Tarix: 02.04.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Vüsal Əhmədov: “Gənclərimizin sosial tərəfdaşlığını artırmaq üçün maraqlı layihələr həyata keçirmək vacibdir”

Hazırda ölkəmizdə fəaliyyət göstərən QHT-lər də dövlət gənclər siyasətinə öz töhfələrini verirlər. Elə Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi də əsas işini bu istiqamətdə aparır. Birliyin icraçı direktoru Vüsal Əhmədov qəzetimizə müsahibəsində bu və digər istiqamətdə görülən işlərdən danışdı. Qeyd edək ki, V.Əhmədov 2006 - 2010-cu illərdə Beynəlxalq Universitetin Vergi işinin təşkili və idarə olunması fakültəsində təhsil alıb. 2015-ci ildə Türkiyənin Sakarya Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsinə daxil olub. 3 il Türk İnşaat şirkətinin Azərbaycan nümayəndəliyində çalışıb.

-Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?
-Müsahibəmi ümummilli lider Heydər Əliyevin sözləri ilə başlamaq istərdim: “Hər bir xalq özünün xoşbəxt gələcəyi olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan bizə əmanət qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də qoruyub yaşadır”. Azərbaycan gəncinin idealı olan ulu öndər Heydər Əliyevin başlatdığı və son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi tədbirlər onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Bu gün ölkəmizdə gənclərimiz ictimai-siyasi cəhətdən fəaldır. Bunu həm dövlət, həm də QHT sahəsində görmək olar. Bilirsiniz ki, İlk Avropa Oyunları zamanı Bakı ilə yanaşı, regionlardan da minlərlə gənc könüllü olaraq öz fəallığını göstərdi. Eləcə də onlar dövlətin həyata keçirdiyi uğurlu siyasəti Azərbaycanla bərabər, bütün dünyaya çatdırıb. Son zamanlar gənclərimizin istər yerli, istərsə də beynəlxalq siyasi tribunalardan respublikamızı layiqincə təmsil etmələri onların ictimai-siyasi aktivliyinin bariz göstəricisi kimi təqdim olunur. Danılmaz faktdır ki, hazırda gənclərə göstərilən qayğı və dəstəyin nəticəsində gənclərimiz dövlətin aparıcı qüvvəsinə çevrilib.
-QHT olaraq dövlət gənclər siyasətinə nə kimi töhfə verirsiniz?
-Birliyin əsas məqsədlərindən biri Prezident İlham Əliyevin rəhbərliyi altında irəli sürülən dövlət gənclər siyasətinə töhfə vermək, gənclərin sosial inkişafına kömək etmək və bu sahədə tərəfdaşlığın həyata keçirilməsinə yardım etməkdir. Təşkilatımız yarandığı vaxtdan etibarən aparılan dövlət gənclər siyasətinə töhfə verməyə çalışırıq. İcra etdiyimiz layihələr Bakı ilə yanaşı, əsasən regionları - Saatlı, Sabirabad, Kürdəmir, Hacıqabul, Ağcabədi, Mingəçevir, Yevlax və s. şəhər və rayonlarda yaşayan gəncləri əhatə edib. Həyata keçirdiyimiz layihələrdə gənclərə vətənpərvərlik hissinin aşılanması, onların bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili, gənclərimizin zərərli vərdişlərdən çəkindirilməsi bizim üçün prioritet hesab olunur. Bundan sonrakı fəaliyyətimizdə də gənclərimizin uğurlu inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyimizi bildirmək istərdim.
-Gənclərimiz sosial tərəfdaşlığa nə dərəcədə maraqlıdır?
-Bir çox layihələr həyata keçiririk. Bu, danılmazdır. İşlərimiz və uğurlarımız göz qabağındadır. Bununla belə, bizim ən ümdə məqsədlərimizdən biri də adımıza uyğun olaraq bütün gəncləri həyata keçirdiyimiz layihələrə cəlb etməkdir. Rayon və ya şəhər gəncləri, fərq etməz. Birlik olsun! Gənclik birləşsin! Təmənnasız güc və struktur yaransın! Fərqli düşüncə və dəyərlər birləşsin. Həm də o səbəbdən ki, ayrı-seçkilik etməyək. Bu, birbaşa gəncliyimizə ziyandır. Mən belə düşünürəm. Bir vacib məsələni də vurğulayım ki, ötən illərə nisbətdə son 5-6 ildə rayonlarda böyüyüb boya-başa çatan gənclərimiz şəhərə, daha elitar mühitə meyil edir. Bu, özünü onların təhsillilərində də qabarıq şəkildə büruzə verir. Yaxşı nəticədir. Bir sözlə, rayonlarda yaşayan gənclərimiz özləri də bukimi layihələrə can atır və biz də onlara fayda vermək üçün təmənnasız olaraq əlimizdən gələni edirik. Sıramıza qatırıq.
-Gənclərin sosial inkişaf səviyyəsini necə qiymətləndirirsiz?
-Mənə elə gəlir ki, hazırkı durum pis deyil. Nəticələrimiz ürəkaçandır. Bəlkə də, gəncləri maarifləndirmək, birləşdirmək üçün təşkilatlar yarananda, bu baxımdan layihələr həyata keçiriləndə bu bir az bizim üçün çətin idi. Nəzərə alaq ki, baxış bucaqları, düşüncələr də fərqlidir. Bu da təbii vəziyyətdir. Qəbul etmək olar. Amma çox şükürlər olsun ki, bu maneələri də aradan qaldırmışıq. Bu gün savadlı, düşünən gəncliyimiz var. İrəli getmək istəyən gənclərimiz saysız hesabsızdır. Bu da bizi sevindirir. Demək ki, uğurumuz var. İnşallah, tezliklə daha da istədiyimiz nəticələri əldə edəcəyik. Nailiyyətlərimiz artacaq.
-Gənclərin sosial tərəfdaşlığını necə artırmaq və gücləndirmək olar?
-Düşünürəm ki, gənclərimizin sosial tərəfdaşlığını artırmaq üçün maraqlı layihələr həyata keçirmək vacibdir. Birbaşa hədəfə yönəldilmiş və intellektual layihələr onları birləşdirə bilər. Vahid ideologiya yarada bilər. Bu, həm də dövlətçiliyimiz üçün yaxşı amildir. Həyata keçirdiyimiz layihələrlə gənclərimiz dünya arenalarına da nüfuz edə bilər. Və təbii ki, bu da nəticədə ölkəmizin adıdır. Çalışmalıyıq ki, gənclərimiz düşmənə qarşı birləşmək əzmini savad vasitəsilə öyrənsin. Bir-birlərinə dəstək, uğuruna sevinmək, tərəfdaş olmağı öyrənsinlər. Bir olsunlar. Təmiz, savadlı mücadilə getsin. Düşünən gəncliyimiz olsun. Sosial tərəfdaşlıq yaransın.
-Gənclərlə bağlı hansı layihələr keçirirsiniz?
-Fəaliyyət göstərdiyimiz 4 il müddətində paytaxtla yanaşı, regionlarımızda da gənclərin inkişafı üçün çoxsaylı sosial layihələr həyata keçirmişik. Qeyd edim ki, bizim üçün ən uğurlu il 2015-ci il oldu. Çünki bu ildə Sabirabad və Saatlı rayonlarında 12 kiçik və böyük layihələr həyata keçirdik. Bunlardan ən möhtəşəm lahiyəmiz “Vətəni Sevək!” və “Meydanda Gənc Eruditlərdir!” adlı vətənpərvərliklə və gənclərin intellektual səviyyələrinin yüksəldilməsi ilə bağlı layihələrdir ki, bu layihələr də rayon mərkəzi və hər iki rayonun kənd məktəblərini əhatə etmişdir. Bunlardan əlavə, gənclərimizin asudə vaxtının səmərəli təşkili üçün şəxsi inkişafla bağlı, sosial və əyləncəli layihələr də həyata keçirmişik.
2016-cı ildəki fəaliyyətimizə “Multikulturializm ili” çərçivəsində Azərbaycan tarixi və mədəniyyətini Türkiyədə sərgiləməklə başladıq.
Mart ayının 21-də GSTM Sakarya Gənclik Hizmətləri və Spor İl Müdürlüğü Gənçlik Mərkəzi ilə birlikdə Türkiyə Respublikasının Sakarya şəhərində “Baharın Gəlişi-Azərbaycanın tanıtımı” adlı tədbir təşkil etmişik. Hazırda sosial və şəxsi inkişafla bağlı iki böyük layihənin üzərində çalışırıq. Aprel ayının sonundan etibarən icraata başlayacağımıza ümid edirəm.
-Gənclərmiz bu layihələrdə fəal iştirak edirlərmi?
-Əlbəttə ki, böyük məmnuniyyət hissi və fərəhlə deyə bilərik ki, gənclər və yeniyetmələr bu sahədə çox fəaldır. Ümumilikdə 2015-ci ildə layihələrimiz 2000-ə yaxın yeniyetmə və gənci əhatə edib. Sevindirici haldır ki, gənclərimiz belə tədbirlərə, xüsusən də şəxsi inkişafla bağlı layihələrə böyük maraq göstərir, fəal iştirak edirlər. Maariflənməyə, bilik və bacarıqlarını artırmağa can atırlar. Bu da təbii ki, onların inkişafında mühüm amildir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info