“Mançester Siti” Qvardiolanı lotereyada qazanıb”
Tarix: 02.04.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson həmkarı Pep Qvardiolanın “Mançester Siti” ilə anlaşmasına münasibət bildirib. Əfsanəvi mütəxəssis ispaniyalının “şəhərlilər” üçün göydəndüşmə olduğunu söyləyib.
Bununla belə, Ferqyusonun fikrincə, Qvardiola İngiltərədə İspaniyadakı uğuru təkrarlaya bilməyəcək: “Mançester Siti” Qvardiola ilə müqavilə imzalamaqla lotereyada qalib gəlib. Bu məşqçi işini əla görməyi bacarır. Ancaq hesab edirəm ki, o, “Barselona”dakı nailiyyətini burda təkrarlaya bilməcəyək”. 26 il çalışdırdığı “Mançester Yunayted”ə 13 dəfə ölkə çempionluğunu qazandıran şotlandiyalı mütəxəssis cari mövsümdə “Lester”in buna layiq olduğunu deyib: “Lester” üçün ən böyük təhlükə “Tottenhem”dir. Bu komanda uzun illərdən bəri ən yaxşı oyununu keçirir. Amma “Lester”də komanda ruhu var. Klaudio Ranyerinin kollektivi şübhəsiz mövsümün ən yaxşı komandasıdır və çempionluğa layiqdir”. Qeyd edək ki, Aleks Ferqyuson “Mançester Yunayted”ə Premyer Liqa çempionluqları ilə yanaşı, dəfələrlə ölkə kuboku, liqa kuboku və Superkuboku, həmçinin Çempionlar Liqasını (2 dəfə), Kuboklar Kubokunu, Avropa Superkubokunu və Klublararası Dünya Kubokunu qazandırıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info