Biləsuvarda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edilib
Tarix: 02.04.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Biləsuvar rayonunda Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edib. Prezidentin sərəncamının icrası işlərinin davamı olaraq, ƏƏSMN tərəfindən Biləsuvar rayonunda inşa olunmuş 3 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinə təqdim olunub.
Ailə üzvlərinin sayına uyğun olaraq hər biri üçotaqlı olan evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Evlərin təqdim olunması zamanı Prezidentin respublikanın uzunmüddətli inkişafına yönələn uğurlu siyasətinin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipinin dayandığı vurğulanıb. Azərbaycanda həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək, onların maddi təminatlarının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezidentin sərəncamı müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatına xidmət edən tədbirlərin daha geniş vüsət almasına səbəb olub. Keçən il və cari ilin ötən dövründə ƏƏSMN tərəfindən Bakı şəhəri və respublikanın bölgələri üzrə ümumilikdə 360 nəfərə yaxın Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Hazırda bu təbəqələrdən olan vətəndaşlar üçün fərdi və çoxmənzilli yaşayış evlərinin tikintisi, həmçinin hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınması və təmir etdirilməsi işləri davam etdirilir. Tədbirdə müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin sosial müavinət və ya əmək pensiyaları, eyni zamanda Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin olunmalarından bəhs olunub, bu sahədə təminatın daim gücləndirildiyi vurğulanıb. Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların doğmaları ölkədə əhalinin sosial müdafiəsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən razılıqla söz açıblar. Onlar sosial cəhətdən həssas qruplardan olan insanlara göstərilən yüksək qayğıya görə Prezidentə minnətdarlıqlarını ifadə ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info