“Regional problemlərin həlli üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpası vacibdir”
Tarix: 02.04.2016 | Saat: 01:09:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da çıxışı zamanı regional problemlərin nizamlanması üçün Türkiyə-Rusiya əməkdaşlığının bərpasının vacib olduğunu bildirib. Bu barədə Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Brukinq Universitetində çıxışı zamanı bildirib.
“Təəssüf ki, 24 noyabrdan sonra bizim Rusiya ilə münasibətlərimizdə çətin dövr yaşanır. Bu münasibətlər SSRİ-nin süqutundan sonra uğurla inkişaf edib, lakin təyyarə insidentindən xeyli əvvəl pisləşməyə başlayıb. Moskvanın anlamağa çətinlik çəkdiyimiz sərt reaksiyasına baxmayaraq, regional problemlər bizim əməkdaşlığımızın bərpa edilməsini zəruri edir, çünki Rusiya və Türkiyə coğrafiyamızın mühüm ölkələridir. Rusiyalı həmkarlarımızın bunu anlayacağını və bu zəruriliyi qiymətləndirəcəyini gözləyirik”, - deyə Ərdoğan qeyd edib. Türkiyə prezidenti həmçinin Ukraynadakı böhranın bu ölkənin ərazi bütövlüyünün saxlanılması şərti ilə Minsk sazişləri əsasında nizamlanmasının vacib olduğunu qeyd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Türkiyə prezidentinin əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa cəhd kimi qiymətləndirilməyib. O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: “Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız deyə bilərik ki, bu, təəssüf doğurur”. Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info