İstanbul Atatürk Anadolu liseyinin şagirdlərindən qardaş yardımı
Tarix: 02.04.2016 | Saat: 01:51:00 | E-mail | Çapa göndər


“Bir millət, iki dövlət”... Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə doğma olan 2 dövlət tapmaq çətin ki, mümkün olsun. İllər boyu ayrı düşmələri belə, bu iki ölkə xalqının bir-birinə sevgisini azalda bilmədi. Bu dəfə həmin sevgiylə türkiyəli müəllim və şagirdlərin timsalında bir daha tanış olacağıq. Hər şey ötən ilə kimi Bakı Türk Anadolu liseyində ədəbiyyat müəllimi işləyən Hayri Ataşın Laçın rayon Təhsil şöbəsinin Bakının Binə qəsəbəsində yerləşən ümumi orta məktəbi ilə tanışlığı ilə başlayıb. Ürəyində Azərbaycan sevgisi yaşadan müəllim burda çalışdığı 5 il müddətində daim şagirdləri ilə birgə bu məktəbə baş çəkib, ata-baba yurdundan didərgin düşən məktəblilərin qayğıları ilə maraqlanıb.
İstanbul Atatürk Anadolu liseyinin ədəbiyyat müəllimi Hayri Ataş: “Bakıda çalışdığım müddətdə Azərbaycanı çox yaxından tanımaq imkanım oldu. Bu vaxt ərzində Laçından qaçqın olaraq Bakının Binə qəsəbəsində yerləşən ailələrin uşaqlarının oxuduğu məktəbdə bir tələbəm müəllimlik edirdi. Bu vasitə ilə də həmin məktəbi tanımaq imkanım oldu. 2014-2015-ci tədris ilində Bakı Türk Anadolu liseyi olaraq bu məktəbə müxtəlif yardımlar etdik”.
Azərbaycandakı fəaliyyəti başa çatan Hayri Ataş İstanbula qayıtdıqdan sonra burda da şagirdlərinə daim Dağlıq Qarabağ münaqişəsindən, azərbaycanlıların başına gətirilən müsibətlərdən bəhs edib. Hazırda çalışdığı İstanbul Atatürk Anadolu liseyinin şagirdləri müəllimlərinin danışdıqlarından təsirlənərək, yurd-yuvasından didərgin düşən həmyaşıdlarına yardım etmək qərarına gəliblər.
İstanbul Atatürk Anadolu liseyinin şagirdi Gülcü Sumerbaş: “Dekabr ayında müəllimimiz bizə bundan bəhs edərkən onların yaşadığı çətinliklər, qaçqınlar məktəbində nə qədər çətinlikləri içində dərslər keçildiyindən bəhs etdi. Bundan sonra dostum Nailə Qubanova ilə birlikdə belə bir layihə həyata keçirə biləcəyimizi düşündük. Məktəbimizdəki şagirdlərə bu məsələ ilə bağlı məlumat verərək yardımlar çatdıra biləcəyimizi düşündük”.
Məktəblilər ötən ilin dekabrından laçınlı şagirdlər üçün yardım toplamağa başlayıb. 44 nəfər üçün müxtəlif növ geyim toplayan şagirdlərə hətta, Türkiyənin məşhur geyim markalarından biri də dəstək verib. Nəticədə nəzərdə tutulandan dəfələrlə çox həcmdə toplanan hədiyyələri məktəblilər özləri laçınlı şagirdlərə təqdim etmək qərarına gəliblər. Bu məqsədlə Azərbaycana gələn məktəblilər Laçın rayon Təhsil şöbəsinin Bakının Binə qəsəbəsində yerləşən ümumi orta məktəbini ziyarət edib, hədiyyələri şəxsən təqdim ediblər.
İstanbul Atatürk Anadolu liseyinin şagirdi Nailə Qubanova: “Uşaqların qarşısına hədiyyələri qoyanda, onların gözlərindəki o sevinci görəndə özümlə və dostlarımla qürur duydum. Ondan sonra bunu davam etdirməyi daha da qərarlaşdırdım”
Bakı Türk Anadolu liseyinin şagirdi Mələk Sudə Küçük: “Bir millət, iki dövlət”- belə bir deyim var, bilirsiniz. Biz də qardaş ölkəmizə yardım etməkdən heç bir zaman çəkinmirik”.
Hayri Ataş bildirib ki, şagirdləri də onunla eyni fikri bölüşürlər: “Onlar mənimlə eyni hissləri bölüşürlər. Əgər mənim ürəyim Qarabağ qaçqınları üçün yanırsa, tələbələrimin də ürəyi, əmin olun ki, məndən daha çox yanır”. Layihənin gələcək illərdə də həyata keçirilməsi planlaşdırılır. Hətta, laçınlı şagirdlərin Türkiyəyə səfəri də nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı
20.09.2019
Ziyalılar sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyir
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info