“İşğal olunmuş ərazilərdən geri çəkilməsələr, sülhdən danışmaq əbəsdir”
Tarix: 04.04.2016 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


“France 24” televiziya kanalında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliklə bağlı Fransadakı səfirimiz Elçin Əmirbəyovun müsahibəsi yayımlanıb.
Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Erməni hərbiçiləri ölmək istəmirlərsə, bizim torpaqlardan çıxıb getsinlər” fikri səsləndirilib.
Aparıcının şərhindən sonra səfir Elçin Əmirbəyov Dağlıq Qarabağın tarixi, ermənilərin bu ərazilərə köçürülməsi haqqında məlumat verərək, son günlər qoşunların təmas xəttində yaranan gərginlikdən, eləcə də ermənilərin Azərbaycan ərazilərində apardıqları etnik təmizləmə siyasətindən, xalqımıza qarşı törətdikləri Xocalı soyqırımından danışıb. O, Azərbaycanın ermənilərə qarşı heç bir düşmənçilik aparmadığını, ermənilərin Dağlıq Qarabağ ərazisinə 150 il bundan əvvəl köçürüldüyünü və bundan sonrakı 70 il ərzində hər iki xalqın birgə sülh şəraitində yaşadığını diqqətə çatdırıb. Diplomat Azərbaycanın növbəti dəfə Ermənistanın təxribatına məruz qaldığını, erməni hərbi birləşmələrinin daim dinc əhalini hədəfə aldığını, uzun illərdən bəri vasitəçilərin sülh yolu ilə münaqişəni həll etmək istiqamətində fəaliyyətinin heç bir nəticə vermədiyini qeyd edib.
Ermənistanın hazırkı status-kvonu saxlamaqda maraqlı olduğunu diqqətə çatdıran Elçin Əmirbəyov danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib. O, bu gün Azərbaycan ərazilərinin işğalının kifayət qədər işıqlandırılmadığına təəssüfləndiyini bildirərək, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırki status-kvonun qəbuledilməz olduğunu dəfələrlə qeyd etdiklərini xatırladıb.
Səfir deyib: “Aprelin 2-də Kəlbəcər rayonunun işğalının 23-cü ildönümündə Ermənistanın növbəti təxribat yaratması, dinc əhalini hədəf seçməsi bir daha göstərir ki, bu ölkənin əsas məqsədi bu ərazidə yaşayan insanları qorxutmaq, onları təşvişə salmaqdır. Ermənilər ərazilərimizin 20 faizini işğal edəndə apardıqları siyasəti yenidən təkrar edirlər”.
Səfir həqiqətin göz qabağında olduğunu, bu gün təkcə Dağlıq Qarabağın deyil, Azərbaycanın digər 7 rayonunun da erməni işğalı altında olduğunu diqqətə çatdırıb.
Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının əvvəllər birgə yaşadığını qeyd edən diplomat Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməyəcəyi təqdirdə sülhdən danışmağın əbəs olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İspaniyada intensiv yağıntılar nəticəsində ölən və itkin düşənlər var
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info