“Azərbaycan ordusunun uğuru Ermənistan rəhbərliyinə bir dərs olmalıdır”
Tarix: 04.04.2016 | Saat: 15:36:00 | E-mail | Çapa göndər


"Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan ordusu Ermənistan Ordusundan qat-qat güclüdür və istənilən tapşırığı yerinə yetirməyə hazırdır".
Bunu Trend-ə millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsini Azərbaycan dövləti daim sülh, danışıqlar yolu ilə həll etmək istəyib: "Yəni təcavüzkar ölkənin işğal etdiyi Azərbaycan ərazilərini qan tökülmədən boşaltmağa çalışıb. Ermənistan isə işğalı uzatmağa və mövcud status-kvonu davam etdirməyə çalışıb. Bu azmış kimi, işğalçı-terrorçu ölkənin qoşun hissələri təmas xəttində yerləşən azərbaycanlı yaşayış məntəqələrini daim atəşə tutub. Azərbaycan isə yalnız cavab verməyə məcbur olub".
Deputat qeyd edib ki, son vaxtlar işğalçı ölkənin təxribatlarının artması bir sıra səbəblərlə bağlıdır. Birincisi, Ermənistanı ağır böhrana düşürən və ondan çıxarmağı bacarmadığını görən Serj Sarkiyanın cinayətkar-korrupsioner rejimi ermənilərin diqqətini ölkədəki real vəziyyətdən yayındırmağa, Azərbaycanın timsalında düşmən obrazı yaratmağa və öz hakimiyyətinin ömrünü süngü üzərində oturmaqla uzatmağa çalışır: "İkincisi, atəşkəsin Ermənistan tərəfindən son vaxtlar mütəmadi olaraq pozulması Prezident İlham Əliyevin ABŞ-a səfərinin həm ikitərəfli, həm də çoxtərəfli formatda keçirilən görüşlərdəki uğurlu nəticələri, ölkəmizin ədalətli mövqeyinin - ərazi bütövlüyünün və suverenliyinin müdafiə olunmasına dair bəyanatların verilməsi ilə, Serj Sarkisyanın isə Vaşınqtonda adam yerinə qoyulmamasından doğan hisslərlə bağlıdır. Təxribatları törətməklə Ermənistan rəhbərliyi hesab edirdi ki, bəlkə bu dəfə Azərbaycan cavab vermədi. Lakin yanıldılar. Azərbaycan ordusu düşmənə nəinki layiq olduğu cavabı verdi, eyni zamanda işğal edilmiş bir sıra əraziləri, strateji yüksəklikləri azad edərək, düşmənin başını əzdi".
M.Qasımlı deyib ki, Ermənistan ordusundan qat-qat güclü olan Azərbaycan ordusunun uğuru Ermənistan rəhbərliyinə bir dərs olmalıdır. Onlar işğal etdikləri Azərbaycan ərazilərini - Dağlıq Qarabağ regionunu və digər əraziləri öz xoşları ilə boşaltmalıdırlar: "Əgər belə etməsələr, onda Azərbaycan ordusunun hərəkətə keçməsinin nəticələri Ermənistan üçün fəlakətli olacaq. Nə qədər gec deyil, Ermənistan torpaqlarımızı boşaltmalıdır. Ermənilər isə ayağa qalxıb, onlara bədbəxtlik gətirən kriminal Sarkisyan rejimini süpürüb hakimiyyətdən uzaqlaşdırmalıdır".




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info