“Bizim ərazilərimiz daim işğal altında qala bilməz”
Tarix: 04.04.2016 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“Kimlərsə Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə adı verirsə, onlar, bunu tamamilə səhv deyirlər. Beynəlxalq birlik, bütün təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu münaqişənin həlli ilə bağlı addımlar atmalıdır”. Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov AzTv-ə müsahibəsində deyib.
N.Məmmədov bildirib ki, Ermənistan tərəfinin təxribatlarını qəbul etməyəcəyik. PA rəsmisi vurğulayıb ki, Ermənistan 25 ildir Azərbaycan ərazilərini işğal edib, orada hərbi təlimlər keçir, Azərbaycan kəndlərini atəşə tutur: “Bu qəbuledilməzdir. Yəni burada dondurulmuş münaqişə yoxdur və münaqişə tez bir zamanda həllini tapmalıdır”.
N.Məmmədov vurğulayıb ki, ATƏT də, beynəlxalq təşkilatlar da Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox passivdirlər: “Bunun da səbəbləri var. Bir tərəfdən həmsədrlər bu prosesi öz monopoliyalarına alaraq, başqa qurumlara, hətta ölkələrə açıq mesaj göndərirlər ki, siz bu işlə məşğul olmayın, biz bu işlə məşğul oluruq. Amma məşğul olursunuzsa, olmaq lazımdır”.
PA rəsmisi deyib ki, cəbhə xəttində ermənilərin son təxribatları bir daha göstərir ki, həmsədrlərin bu günə qədər münaqişənin həlli ilə bağlı apardıqları siyasətlərində nə qədər çatışmazlıqlar var: “Bundan da istifadə edən Ermənistan tərəfi belə provakativ addımlar ataraq diqqəti özlərinə cəlb etmək istəyirlər. Amma yenə deyirəm, bizim ərazilərimiz daim işğal altında qala bilməz. Biz heç vaxt buna razı olmayacağıq. Ona görə də, Ermənistan tərəfi belə provakativ addımlardan əl çəkməlidir”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info