Təxribat xarakterli məqalə “RİA Novosti“nin saytından çıxarıldı
Tarix: 26.02.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxini qəbul edib. XİN-in Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir müavini Mahmud Məmmədquliyev Xocalı soyqırımının ildönümü ərəfəsində, 25 fevral tarixində Rusiyanın "RİA-Novosti" dövlət informasiya agentliyinin internet səhifəsində "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" başlıqlı məqalənin dərc edilməsinin Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını söyləyib.
Nazir müavini qarşı tərəfin diqqətinə çatdırıb ki, Azərbaycana qarşı yönəlmiş məlumatların Rusiya KİV-də yayılması hallarının son zamanlar geniş vüsət aldığı müşahidə edilməkdədir. Azərbaycana qarşı belə məlumatın məhz Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yerləşdirilməsinin xüsusilə təəssüf hissi doğurduğu və ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətindəki fəaliyyətinə kölgə saldığı vurğulanıb. Məqalədə, həmçinin reallığın əks olunmadığı, separatçılıq və ekstremizmə çağırışların səsləndiyi və ərazi bütövlüyü prinsipinə hörmətsizliyin ifadə olunduğu Rusiya səfirinin diqqətinə çatdırılıb.
Azərbaycan rəsmisi 1997-ci ilin 3 iyul tarixində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə"nin 5-ci maddəsində hər iki dövlət tərəfindən separatizmin bütün təzahürlərinin pislənildiyinin və bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş separatçı hərəkətləri dəstəkləməmək, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini, ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan etmək və qarşısını almaq öhdəliyinin əks olunduğunu xatırladıb. Rusiyanın dövlət informasiya agentliyinin internet səhifəsində yer almış bu təxribat xarakterli məqalənin Azərbaycan və Rusiya arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, sözügedən müqavilənin məğzinə və müddəalarına zidd olaraq ölkələrimiz arasında formalaşmış münasibətlərə xələl yetirdiyi qeyd edilib. Nazir müavini Rusiya Federasiyasının səfirinə etiraz notası təqdim edərək, məsələnin arşdırılacağına və müvafiq tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərində separatçı rejimin fəaliyyəti haqqında faktları təhrif edən məqalə "RİA Novosti" dövlət informasiya agentliyinin saytından çıxarılıb. Vadim Dubnovun "Dağlıq Qarabağ 25 il ərzində tanınmamağa öyrəşmişdir" başlıqlı məqaləsi fevralın 26-da agentliyin saytından çıxarılıb.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Paşinyan Qərb üçün uğursuz layihəyə çevrilir
23.08.2019
Ermənistanı hərbi xərclərini artırmağa məcbur edən səbəb
22.08.2019
Levon Şirinyan: “Moskva İrəvanı saymır”
21.08.2019
“Ermənistandakı vəziyyət yaxşılığa doğru dəyişməyəcək“
21.08.2019
Erməni alimlər son 10 ilə aid tarix kitablarını yaza bilmirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info