“Dünya ictimaiyyətinin dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik”
Tarix: 04.04.2016 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Ermənistan Silahlı Qüvvələrinin cəbhə xəttində həyata keçirdiyi təxribatlar Azərbaycan xalqının hər bir nümayəndəsi kimi, xaricdə yaşayan azərbaycanlıların da ciddi narahatlığına səbəb olub. Azərbaycan diaspor təşkilatları Avropada, Amerikada, MDB məkanında, ümumiyyətlə dünyanın müxtəlif ölkələrində bununla bağlı etiraz aksiyaları, məlumatlandırma kampaniyaları təşkil edirlər”. Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Trend-ə verdiyi açıqlamasında bildirib.
Komitə sədri qeyd edib ki, beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin parlamentlərinə müraciətlər göndərilir: "Dünya ictimaiyyətinin baş verənlər barədə dolğun və obyektiv məlumatlandırılması üçün bütün imkanlarımızı səfərbər etmişik. Bu barədə kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək. Hesab edirik ki, bu tarixi məqamda harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz milli-mənəvi məsuliyyətini dərindən dərk edir".
N.İbrahimov deyib: "Dünya, Azərbaycan xalqının nə qədər güclü və həmrəy bir xalq olduğunu bir daha görəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, dünya bilməlidir ki, Azərbaycan xalqı bu haqsızlıqla, torpaqlarının işğalı faktı ilə heç zaman barışmayacaq. Bir daha üzümüzü xaricdə yaşayan həmvətənlərimizə tutaraq bu çətin və şərəfli tarixi məqamda öz doğma Vətəni naminə bütün imkanlarını səfərbər etməyə çağırırıq. Bu elə bir tarixi andır ki, biz hər birimiz Azərbaycan Prezidenti, silahlı qüvvələrimizin Ali Baş Komandanı ətrafında daha sıx biləşməliyik. Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi "Fəxr edirəm ki, azərbaycanlıyam" fikri hər bir azərbaycanlını öz Vətəninə, torpağına bağlayan bir ideyadır, hər bir vətənpərvər soydaşımızın həyat fəlsəfəsidir. Bu tarixi anda elə etməliyik ki, yaddaşımıza hopmuş bu dərin mənalı sözləri söyləməyə hər zaman mənəvi haqqımız olsun".
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Əfv sərəncamlarının verilməsi humanizm, əxlaqi və cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır
18.03.2019
Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
18.03.2019
Millət vəkili: Əfv sərəncamı ümumi ictimai həmrəylik baxımından da əlamətdar hadisəyə çevrildi
17.03.2019
Azərbaycanın xarici işlər naziri Latın Amerikası ölkələrinə səfərə yola düşüb
16.03.2019
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər nazirini qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info