“Bakı və İrəvanla əlaqələrimizi davam etdiririk”
Tarix: 04.04.2016 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağda baş verənlərlə bağlı bizim mövqeyimiz prezident, xarici işlər və müdafiə naziri tərəfindən açıqlanıb. Müdafiə naziri Sergey Şoyqu və mən azərbaycanlı və erməni həmkarlarımızla əlaqə saxlamışıq. Onlara ciddi narahatlığımızı ifadə etmişik, tez bir zamanda dərhal atəşin dayandırılmasını söyləmişik. Ümid edirik ki, bizim müraciətimizi eşidəcəklər. Baxmayaraq ki, atəşin dayandırılması ilə bağlı hər iki tərəf əmrlərin verildiyini açıqlayıblar, lakin bu gün yenidən atəşin tam dayandırılmadığı görünür. Bakı və İrəvanla əlaqələrimizi davam etdiririk. Moskva, Paris və Vaşinqton tərəfindən verilən siqnalların eşidilməsi üçün əlimizdən gələni edəcəyik”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün moldovalı həmkarı Andrey Qalbur ilə keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında jurnalistin ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanmasında nə qədər effektli olması ilə bağlı sualına cavabında bildirib. O xatırladıb ki, iki gün öncə ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən bəyanat verilib: “Həmin bəyanatda səslənən fikirlər Rusiya rəhbərliyinin mövqeyi ilə uyğundur. O ki qaldı Minsk Qrupuna, bu, böyük mexanizmdir. Üçlük (həmsədrlər) formatını dəyişmək məqsəduyğun deyil”.Rusiyalı nazir ATƏT-in Minsk Qrupunun fəaliyyətini Ukrayna münaqişəsi ilə bağlı mövcud olan Normandiya formatı və Suriya münaqişənin həlli ilə məşğul olan Suriyaya dəstək beynəlxalq qrupu ilə müqayisə edib: “Bu məntiqlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rolunu baltalamaq və son 10 ildə onların əldə etdiklərini kölgələməyə cəhd etmək lazım deyil. Lakin bunu edənlər var, hansılar ki, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirmək istəyənlərdir, münaqişənin həllinə yanaşmaları qəbul etməyənlərdir".
S. Lavrov Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını söyləyib: “Münaqişə ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında həll olunmalıdır”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info