Ə.Əhmədov: “İradə, qətiyyət, güc parametrlərinə görə Azərbaycanın qarşısında dayana biləcək düşmən yoxdur”
Tarix: 04.04.2016 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


"Əgər biz bu gün münaqişənin dinc yolla nizama salınmasının tərəfdarı olduğumuzu bildiririksə, bu, yalnız və yalnız qan tökülməsini, gənclərimizin, insanların həlak olmasını istəməməyimiz ilə bağlıdır. Biz bunu işğal altında olan torpaqlarımızın alternativi kimi qəbul etmirik. Heç zaman bu iki hadisə bir-birinin alternativi deyildir". Bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP üzvü olan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun fəal gəncləri ilə görüşündə deyib.
Onun sözlərinə görə, Azərbaycan sadəcə olaraq, müəyyən bir bəlli vaxtadək bu münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu bildirir: "Əgər dinc yolla münaqişənin aradan qaldırılması imkanları yaranacaqsa, - bu gün biz hesab edirik ki, müəyyən qədər bu ehtimallar da qalır, - təbii ki, onda Azərbaycan Ordusu, xalqı başqa vasitələrlə öz torpaqlarını azad etmək üçün ayağa qalxacaq".
Ə.Əhmədov qeyd edib ki, srağagün, dünən, bu gün baş verən hadisələr Azərbaycan Ordusunun, xalqının bir hissəsinin bu vəzifəsini layiqincə yerinə yetirmək gücündə, bacarığında olduğunu sübuta yetirdi: "Bütün xalqın ayağa qalxması isə Azərbaycan torpaqlarının qısa bir vaxtda işğaldan azad olunması üçün kifayət edər. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrəti özünü bir daha nümayiş etdirdi. Bu gün iradə, qətiyyət, güc parametrlərinə görə Azərbaycanın qarşısında dayana biləcək Azərbaycan düşməni yoxdur. O düşmən ki, Azərbaycanın torpağını başqaların köməyi ilə işğal edib, onların onun qeyd etdiyim parametrlər nöqteyi-nəzərdən Azərbaycanın qarşısında dayanmaq imkanları mövcud deyil".

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info