Metropolitençilər London metropoliteninin təcrübələrindən yararlanıblar
Tarix: 04.04.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Bakı metrosunun əməkdaşları London metropoliteninin təcrübələrindən yararlanıblar.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən bildirilib ki, QSC-nin insan resursları və xidmət, maliyyə və tikinti departamentlərinin, işarəvermə və rabitə xidməti üzrə əməkdaşları Londonda səfərdə olublar. Səfərin məqsədi metropolitendə işə qəbul, təlim-tədris sahəsində işin təşkili, proqram təminatı, əmək-hüquq münasibətləri və həmkarlarla iş, mühasibat və uçot üzrə ən qabaqcıl informasiya proqram təminatı, tikinti layihələrinin idarə edilməsi, dispetçer mərkəzləşmə məntəqəsində idarəetmə və monitorinq fəaliyyəti məsələləri sahəsində London metropoliteninin təcrübələrindən yararlanmaq olub.
“Bakı Metropoliteni” QSC ilə London metropoliteni arasında bağlanmış müqaviləyə əsasən müəssisənin bir qrup əməkdaşı bu səfərdən yararlanıb. Səfər zamanı metropolitençilər London metropolitenində kadr potensialının gücləndirilməsi, kadrların seçilməsi, işə qəbulu, onların yerləşdirilməsi və yerdəyişməsi, karyera yüksəlişinin planlaşdırılması istiqamətində bir sıra təlimlərdə iştirak edib, metro xətlərində tətbiq olunan müasir işarəvermə və rabitə sistemlərinin, maliyyə sahəsində yeni proqram təminatının, tikinti sahəsində yeni layihələrin idarə edilməsinin fəaliyyəti ilə tanış olublar. Zamanın tələblərinə cavab verən təlim-tədris mərkəzinin təşkilinə uyğun təcrübələrin öyrənilməsi, informasiya proqramının təminatı prosesi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Əməkdaşlara təcrübə təlimlərində iştiraklarını təsdiq edən rəsmi sənəd təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info