Endryu Biyeniavski: “Azərbaycan mühüm addımlar atır”
Tarix: 04.04.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Martın 31-dən aprelin 1-dək Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
ABŞ-ın “Nüvə təhlükəsizliyinin azaldılması təşəbbüsləri” proqramı çərçivəsində Təhlükəsizlik və Nüvə Materiallarının Azaldılması üzrə Milli İdarəsinin vitse-prezidenti Endryu Biyeniavski sammitin yekunlarına dair AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan nüvə təhlükəsizliyi ilə bağlı azı iki tədbirin icrasında mühüm rol oynayıb və oynamağa davam edir. Əvvələn, Azərbaycanı bu yaxınlarda qəbul edilmiş əsas sənəd - “Nüvə materiallarının fiziki müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etməsi münasibətilə təbrik edirik. Biz bunu alqışlayırıq. Azərbaycanın atdığı ikinci mühüm addım radioaktiv maddələrlə bağlı məsələlərin həlli istiqamətində səylərdir. Bu yaxınlarda Belçikada törədilən terror aktlarını nəzərə alsaq, belə materialların “İŞİD” silahlılarının əlinə keçəcəyi və “çirkli” bombaların yaradılması üçün istifadə oluna biləcəyi bizi çox narahat edir. Odur ki, bütün ölkələrdə olan və vaxtilə tibdə və sənayedə istifadə edilən radioaktiv materiallar zərərsizləşdirilməlidir. Biz bilirik ki, Azərbaycan Nüvə Təhlükəsizliyi Sammiti prosesi çərçivəsində bu istiqamətdə fəal addımlar atır”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info