Keçən ay daşınmaz əmlakın icbari sığortası üzrə 5 min 245 müqavilə bağlanılıb
Tarix: 04.04.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Martda daşınmaz əmlakın icbari sığortası üzrə 5 min 245 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan (İSB)  verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1,9 milyon manatdan çox olub. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 68,4 faizi yaşayış evləri və mənzillər, 0,7 faizi inzibati binalar, 31,1 faizi digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 43,2 faiz azalma, sığorta haqlarının məbləğində isə 29,7 faiz artım müşahidə edilib.
Bu ilin birinci rübündə daşınmaz əmlakın icbari sığortası üzrə 15 min 970 sığorta müqaviləsi bağlanılıb, bu müqavilələr üzrə sığorta haqlarının məbləği 8,4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 45,7 faiz, sığorta haqlarının məbləğində isə 10,9 faiz azalma müşahidə olunub.
Martda daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 258, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 2 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 17 min 160 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 335 manat təşkil edib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info