Danimarkadakı diasporumuz BMT-yə və digər qurumlara etiraz məktubu ünvanlayıb
Tarix: 04.04.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Muna , Danimarkanın Xarici İşlər naziri Kristian Censenə, Danimarka Xarici Siyasət Komitəsinin sədri Soren Espersenə, həmçinin, Danimarka parlamentinin deputatlarına etiraz məktubu ünvanlayıb.
Məktubda “Vətən” cəmiyyəti Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib. Etiraz məktubunda bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün səylər göstərir. “Aprelin 2-ə keçən gecə erməni hərbi birləşmələri cəbhə bölgəsində dinc əhalini atəşə tutaraq atəşkəsi pozublar. Ermənilər tərəfindən ağır hərbi texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar arasında ölən və ağır yaralananlar olub”.
Etiraz məktubunda bildirilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar nəticəsində xeyli sayda hərbi qulluqçular və dinc sakinlər həlak olub. “Azərbaycanın əsas məqsədi sülhün və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı təcavüzkarlıq siyasəti apararaq torpaqlarımızın 20 faizini işğal altında saxlayır . Bunun nəticəsi olaraq bir milyondan artıq insan evsiz və torpaqsız qalıb. Bu faktlara baxmayaraq, Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa çalışır”-deyə məktubda vurğulanır.
Məktubda Ermənistan dövlətinin Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya ictimaiyyətindən isə tələb edilir ki, erməni qəsbkarlarını işğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmağa və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə vadar etsinlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info