“Ermənistanın işğal etdiyi Qarabağ bölgəsinin Azərbaycana qaytarılması vacibdir“
Tarix: 04.04.2016 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan millət vəkili Mark Hauptmann Qarabağda qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.
M. Hauptmann bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hər iki tərəfdən itkilərə gətirə biləcək hərbi yolla həll edilməsinə qarşıdırlar. M. Hauptmann məsələnin diplomatik yolla həllinə tərəfdar olduqlarını vurğulayıb: “Almaniyanın sədrliyi altında ATƏT çox mühüm rol oynayır və Almaniyanın da iştirak etdiyi Minsk Qrupu diplomatik həll prosesində fəal iştirak etməlidir. Başlıca məqsəd atəşkəsə nail olmaqdır. Minsk Qrupunun cəhdlərinin uzunmüddətli məqsədinə dair heç bir şübhə olmamalıdır. Söhbət Ermənistan tərəfindən işğal edilmiş Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasından gedir. Bu məqsəd 1993-cü ildən bəri mövcuddur və BMT Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsi ilə (882, 853, 874, 884) təsdiq edilib. Sülh və diplomatik həll yoluna dair Ermənistan və Rusiya tərəfindən “münaqişənin dondurulması və gözləmə mövqeyində olması” prinsipini daha qəbul edə bilmərik. Bu prinsip beynəlxalq birlik tərəfindən tənqid hədəfinə çevrilməlidir”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info