Erməni dəstəyi və pulu ilə qidalanan ekspert birliyi
Tarix: 05.04.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Hazırda "qaynar müharibə"ni uduzan, işğal edilmiş əraziləri, nüfuzunu, siyasi təsirini və hakimiyyətini itirən Ermənistan rəhbərliyi informasiya müharibəsində uduzduqlarını qaytarmağa çalışır. Bunun üçün bütün mümkün resurslardan, müxtəlif ölkələrdə erməni lobbisi tərəfindən pulla alınmış siyasətçilərdən və ekspertlərdən, saxlanılan “köstəbək”lərdən istifadə edilir.
Bu prosesdə xarici kütləvi informasiya vasitələrinə xüsusi rol ayrılır. Rusiya KİV-lərində elementar monitorinq aparmaqla bu faktı sübut etmək olar. Müxtəlif telekanallarda aparılan müxtəlif tok-şoularda satın alınmış “ekspertlər” yaranmış vəziyyəti “anlamağa” və çıxış yollarını tapmağa çalışırlar. Rusiya vətəndaşlığı olanların əksəriyyəti və “təsadüfi” erməni familiyaları olanlar Ermənistan-Azərbaycan münaqişəsinin həllini tapmağa çalışırlar. Təəccüblü deyil ki, onlar yekdil olaraq Yerevanın, separatçı Dağlıq Qarabağ rejiminin və onların himayədarlarının xeyrinə dəyişməyən hərbi fəaliyyətləri dayandırmağa çağırırlar. Bu metod ermənilər tərəfindən ilk dəfə deyil ki, istifadə olunur. 1990-cı illərdə Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu hücum edərkən hücumu dayandırmaq məqsədilə hər tərəfdən informasiya hücumu başlayırdı. Yalan məlumat yayma və aşağı əyarlı informasiya tullantıları erməni təbliğatının əsasını təşkil edir. Bəşəriyyətə qarşı cinayətə baxmayaraq, özünü qurban rolunda təqdim etmək cəhdi dünya ermənilərinin tarixi “fişka”sıdır. Əlsində, nə baş verir? Azərbaycan Ordusu öz yolunda erməni silahlı qüvvələrini qarşılaşaraq AZƏRBAYCAN ərazisi üzrə irəliləyir. Bu, işğal və torpaqların azad edilməsi adlanır. Rusiyadan olan ekspertlərə sual vermək istərdim: onlar, məsələn, amerikalı ekspertlərin sovet ordusunun SSRİ ərazisini işğal etmiş Hitler Almaniyasının qoşunlarına qarşı hücumu dayandırmasını tələb etmələri ilə bağlı ittiham dolu bəyanatlarına hansı reaksiya verərdilər? Çox güman ki, onlara yerlərini göstərərdilər. Bu yaxınlarda Rusiya Suriyadakı hərbi əməliyyatlarına görə bütün dünyada ekspert və rəsmi şəxslər tərəfindən tənqid edildi. Lakin Moskva bu fəaliyyətinə terrorçuluqla mübarizə adı altında haqq qazandırırdı. Başa düşmək lazımdır ki, Azərbaycan hazırda Xocalı soyqırımını törətmiş, metro və sərnişin avtobuslarında partlayışlar törətmiş eyni cür terrorçularla mübarizə aparır. Artıq başa düşmək lazımdır ki, Suriya və İraqın yarısını tutmuş terrorçularla və Azərbaycanın 20 faiz torpağını işğal etmiş erməni təcavüzkarları arasında heç bir fərq yoxdur. Ermənistanın informasiya müharibəsi cəhdlərinə baxmayaraq, indi 1990-cı illərin əvvəli deyil. Azərbaycan elə möhkəmlənib ki, çağırışların, o cümlədən informasiya çağırışlarının öhdəsindən gəlir. Son illər Azərbaycan mətbuatı informasiya blokadasını yara bildi və baş verən hadisələr barədə həqiqətləri dünyaya çatdırma imkanına malikdir.
Seymur Əliyev
“Trend”in baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info