Cüdoçularımız Samsun Qran-prisini iki medalla başa vurub
Tarix: 05.04.2016 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-pri yarışına start verilib. Yarışın birinci günü milli komandamız üçün uğurlu olub. Belə ki, cüdoçularımız aktivinə ilk medalı yazdıra biliblər.
Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev dörddəbir finala gedən yolda belçikalı Senne Vins, sonra isə çinli Cianqi Anı məğlub edib. Dörddəbirdə finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn İ.Müşkiyev yarımfinala yüksəlib. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. Cüdoçumuz üçüncü yer uğrunda döyüşdə bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazdırıb. Bu çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmada yerli idmançı Əhməd Kabaya məğlub olub. Digər cüdoçularımız - Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar. Yarışın son günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə daha bir medalı yazdırıb. 90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədəli Mehdiyev finala gedən yolda gürcüstanlı Uşanqi Marqiani, hindistanlı Avtar Sinq və polşalı Patrik Çexomskini məğlub edib. İdmançımız yarımfinalda Brazliya təmsilçisi Tyaqo Kamilo üzərində qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə Rusiya cüdoçusu Husen Halmurzayevə uduzan Mehdiyev Qran-prinin gümüş medalını qazanıb. Bununla da, cüdoçularımız Türkiyə Qran-prisini Məmmədəli Mehdiyev (90 kq, gümüş) və İlqar Müşkiyevin ( 60 kq, bürünc) qazandığı iki medalla başa vurublar. Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info