Premyer Liqada şəhidlərimizin xatirəsi anılıb
Tarix: 05.04.2016 | Saat: 01:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Premyer Liqasında keçirilən XXVIII turun bütün oyunlarında vətən uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi anılıb. “Xəzər Lənkəran” klubu ilə “Qarabağ” arasında keçirilən oyun öncəsi qürurverici anlar yaşanıb.
Cəbhə bölgəsinə erməni təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Diqqətçəkən məqam isə anım zamanı meydan sahiblərinin hərbi kamuflyajda olmasıdır. AZAL-ın futbolçuları da “Kəpəz” üzərində qazandıqları 3:0 hesablı qələbəni qeyri-adi formada qeyd ediblər. Matçdan sonra kapitan Rail Məlikov komanda yoldaşlarını azarkeşlər qarşısına aparıb. Onlar fanatlar qarşısında düzülərək ermənilərlə döyüşdə şəhid olan hərbçilərimizin xatirəsinə əsgər salamı veriblər. Bundan başqa, qol vuran futbolçular - Aydın Qasımov, Hacı Əhmədov və Mirzağa Hüseynpur da fərqləndikdən sonra eyni addımı atıblar. Digər stadionlarda da şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
“PSJ“ Neymarı “Barselona“ya satmaqdan imtina edib
27.06.2019
“Atletiko“ Feliş üçün “Benfika“ya 126 milyon avro təklif edib
26.06.2019
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26.06.2019
“Minsk 2019”: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
26.06.2019
Hacı Əliyev II Avropa Oyunlarına qələbə ilə başladı

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info