Ermənilər mülki əhalini hədəfə götürüb
Tarix: 05.04.2016 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Bugünlərdə cəbhə xəttində baş verən hadisələrdən ermənilər hər zaman olduğu kimi, yenə də faydalanmağa çalışırlar. Belə ki, ermənilər bu gün müxtəlif KİV, sosial şəbəkələrdə hansısa kəndlərdən, yaxud ölmüş insanların şəklini yaymaqla, guya Azərbaycan ordusu tərəfindən dinc sakinlərin atəşə məruz qaldığı, hətta öldürüldüyü xəbərlərini yayırlar. Lakin bu bir faktdır ki, hər zaman, əksinə, bizim dinc əhali erməni silahlıları tərəfindən atəşə tutulub, qətlə yetiriliblər. Artıq erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda dinc əhalinin başına gətirilənlər, eləcə də Xocalı soyqırımı zamanı, hətta kiçikyaşlı uşaqlara qarşı törədilən vəhşicəsinə qətliamlar dünya ictimaiyyətinə məlumdur. Bu onların xislətidir və onlar heç bir zaman dinc sakinlərə belə, mərhəmətlə yanaşmırlar.
Ən son hadisələrdən biri kimi 8 mart tarixində təmas xəttində aktivləşən ermənilər cəbhənin Tərtər istiqamətində, Çaylı kəndi ərazisində qoyun otaran çobanları atəşə tutmuşdu. Təqribən 10 dəqiqəyə yaxın davam edən atışmada ərazidə olan insanlar güllələrdən gizlənməyə fürsət tapsalar da, ərazidə otlayan mal-qaraya güllə dəymişdi. Çobanların sözlərinə görə, ermənilərin əsas məqsədləri uşağı vurmaq imiş. Lakin buna nail ola bilməyiblər. Göründüyü kimi, ermənilər 5 il əvvəl olduğu kimi, cəbhə xəttində yenidən uşaq vurmaq istəyib. Onu da xatırladaq ki, 2011-ci il, mart ayının 8- də 8 yaşlı Fariz Bədəlov Novruz çərşənbəsi üçün tonqal qalamaq istəyərkən Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən başından vurularaq qətlə yetirilmişdi. Bu gün də ermənilər təxribatçı əməllərini davam etdirir, cəbhəyanı kəndlərimizi və dinc əhalini atəşə tuturlar. Faktlardan da aydın görünür ki, ermənilər kəndlərimizi və dinc sakinləri təsadüfən deyil, məqsədli şəkildə atəşə tutmaqdadırlar.

Cəbhəboyu ərazilərdə təhsil müəssisələrinə ciddi ziyan dəyib
Belə hadisələrdən biri də bugünlərdə baş verib. Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin yeddinci sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.
İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb, pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib. Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirib.

Tərtər Rayon Prokurorluğunda cinayət işi açılıb
Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Azadqaraqoyunlu və Düyərli kəndləri növbəti dəfə düşmən atəşinə məruz qalıb. Tərtər Rayon Prokurorluğunun və Polis Şöbəsinin birgə məlumatında bildirilir ki, aprelin 3-də saat 21:00 radələrində Ermənistan silahlı qüvvələrinin artilleriya silahlarından rayonun Azadqaraqoyunlu kəndinə atılmış mərmilərdən biri 1968-ci il təvəllüdlü Rəhimov Mirzə Rəhim oğluna məxsus yaşayış evinə düşüb. Aprelin 4-də saat 14 radələrində isə Düyərli kəndinə atılmış mərmilərdən üçünün Quliyev Etibar Cəlil oğluna məxsus yaşayış evinə düşməsi nəticəsində ev tamamilə dağılıb, qonşuluqda yaşayan 1984-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı və 1976-cı il təvəllüdlü Ağayeva Kəmalə Əjdər qızı qəlpə yaraları xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Hər iki faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info