“EU Reporter” Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasından yazdı 
Tarix: 05.04.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“EU Reporter” xəbər portalında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərlə bağlı məqalə dərc olunub.
Məqalədə AŞPA prezidenti Pedro Aqramuntun BMTTəhlükəsizlik Şurasının qərarına uyğun olaraq erməni hərbi birləşmələrinin işğal altındakı Azərbaycan torpaqlarından geri çəkilməyə çağırdığı bildirilir. Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini, ABŞ dövlət katibi Con Kerri, Rusiya prezidenti Vladimir Putintərəfindən narahatlıq ifadə olunan bəyənatların verildiyi və onların hər birinin tərəfləri atəşkəsin bərpasına səslədikləri bildirilir.
Yazıda Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevin cəbhə xəttindəki son gərginliklə bağlı fikirlərinə də yer ayrılıb.
Yazının sonunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa prezidentləri tərəfindən status-kvonun qəbuledilməzliyinin bugünədək dəfələrlə vurğulandığı nəzərə çatdırılır, BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycana qarşı zorakılığın tətbiq olunması və ərazilərinin işğal edilməsi faktının qınandığı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bir daha təsdiqləndiyi, Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunun qeyd edildiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalarının tələb olunduğu vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info