SIPRI: 2015-ci ildə Azərbaycanın hərbi xərcləri 3 milyard, Ermənistanın 447 milyon dollar olub
Tarix: 05.04.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


2015-ci ildə dünya üzrə hərbi xərclər 1 faiz artaraq 1,7 trilyon dollar olub. Bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) hesabatında deyilir. Siyahıya ABŞ başçılıq edir. Bu ölkənin 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib. İkinci yeri 215 milyard dollar xərclə Çin tutur. Səudiyyə Ərəbistanı 87,2 milyard dollar göstərici ilə 3-cü, Rusiya isə 66.4 milyard dollar göstərici ilə 4-cüdür. Bildirilir ki, Cənubi Qafqazda Azərbaycanın 2015-ci ildə hərbi xərcləri 3 milyard dollar təşkil edib. Bu rəqəmin 2006-ci ilə nisbətən 165 faiz artdığı bildirilir: “Neft qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-cü illə müqayisədə 2015-ci ildə 8 faiz yüksək olub. Buna səbəb isə Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasında münaqişənin kəskinləşməsidir”. Ermənistanın hərbi xərcləri isə 2015-ci ildə 447 milyon dollar təşkil edib. Bu rəqəm 2014-cü illə müqayisədə 7,7 faiz artıqdır. 
Hesabatda qeyd olunur ki, 2014-cü ildə neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar bəzi ölkələrdə hərbi sahəyə ayrılan vəsait də azalıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info