Xarici valyutada istehlak kreditlərinin verilməsi dayandırıldı
Tarix: 05.04.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan A Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırılıb ki, bu proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeləri zəifləmiş, atılmış restruktrizasiya və digər preventiv tədbirlərə baxmayaraq mövcud mənfi tendensiyalar davam edir. Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışaraq, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhalininn problemlə rastlaşa biləcəyini qeyd edib. N.Məmmədova bütün kredit təşkilatlarına əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməyi, əhali tərəfindən isə məsuliyyətli borclanmanın təmin edilməsi zərurətini diqqətə çatdırıb.
Geniş müzakirələr nəticəsində, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrinin müəyyən edilməsinə dair qərar qəbul edilib. Bununla əlaqədar, həmçinin, qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info