142-“Çağrı mərkəzi” tərəfindən 45520 müraciət cavablandırılıb
Tarix: 05.04.2016 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Cari ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə 13993 müraciət daxil olub ki, onlardan 96,7 faizini sorğu xarakterli müraciətlər təşkil edib. Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar sorğuları qanunvericiliyin müvafiq maddələri əsasında dolğun hüquqi izahatlar verilməklə cavablandırılıb. Digər müraciətlərdə rəy, təklif və şikayətlər əksini tapıb və onlar araşdırılmaq üçün müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Ötən ay 142-“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 48,4%-i sosial təminat, 15,9%-i əmək qanunvericiliyi, 18,2%-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə, 9,1%-i tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 8,4%-i isə məşğulluq məsələlərini əhatə edib. Mart ayında 142-“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı əvvəlki fevral ayı ilə müqayisədə 22,6%, o cümlədən tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası məsələləri üzrə 39%, məşğulluq məsələləri üzrə 35,2%, əmək qanunvericiliyi məsələləri üzrə 26,3%, sosial təminat məsələləri üzrə 21,8% azalıb. Nazirliyin e-xidmətlərindən istifadəyə marağın artmasının göstəricisi olaraq, bu e-xidmətlərdən istifadə məsələlərini əhatə edən müraciətlərin sayı isə 2,5 faiz çoxalıb.
Ümumilikdə, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi” tərəfindən 45520 müraciət cavablandırılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info