“Ermənistanın təxribatının nəticəsi olaraq Azərbaycanın dinc əhalisi ciddi zərər görüb”
Tarix: 05.04.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazilərində yerləşən təmas xəttində törətdiyi növbəti təxribat və insan tələfatı ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər bəyanat yayıb: “02 aprel 2016-ci il tarixdə Ermənistan Silhalı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində yerləşən təmas xətti boyunca növbəti təxribat əməli törədərək iriçaplı silahların və ağır texnikaların köməyi ilə dinc yaşayış məntəqələrimizi və silahlı qüvvələrimizin mövqelərini atəşə tutmuşlar. Ermənistanın təxribatının nəticəsi olaraq Azərbaycanın dinc əhalisi ciddi zərər görmüş, mülki əhali arasında tələfat baş vermiş, insanların təsərrüfatları dağıntıya məruz qalıb. Ermənistan silahlı hərbi birləşmələrinin hücum əməliyyatlarının qarşısının alınması və dinc mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb.
Hesab edirik ki, bütün bu təxribatların və işğalçılıq əməllərinin məsuliyyəti birmənalı şəkildə Azərbaycan Respublikasının 20 faiz torpaqlarının 25 ilə yaxındır işğal altında olmasının və 1 milyondan çox insanımızın qaçqın şəraitində yaşamasının, minlərlə dinc əhalimizin qətlə yetirilməsinin baiskarlarından olmuş Ermənistanın buğünkü cinayətkar siyasi rəhbərliyinin və onların göstərişi ilə təmas xəttində növbəti təxribatçılıq əməllərini törədən Ermənistan Silahlı Qüvvələrinin üzərinə düşür. Ermənistanın hazırki siyasi rəhbərliyi beynəlxalq hüquqa, BMT-nin Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması və münaqişənin həll olunması ilə bağlı qətnamələrinə, münaqişənin sülh yolu ilə həll edilməsinə cəlb edilmiş dövlətlərin cağırışlarına məhəl qoymayaraq açıq şəkildə beynəlxalq sülhü təhdid edən hərəkətlərini ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Və iki gündür davam edən silahlı insident və insan tələfatı da bu cür cinayətkar hərəkətlərin növbəti davamı və Ermənistanda hakimiyyəti zor gücünə zəbt etmiş cinayətkar Serj Sarkisyan siyasi rejiminin nəinki bölgə üçün, eləcə də dünya üçün təhlükə olmasının daha bir sübutudur.
Azərbaycan tərəfi 20 ildən çoxdur cəlb edildiyi bu ədalətsiz münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində səylərini davam etdirərək danışıqlarda konstruktiv mövqe sərgiləyərək prosesin BMT, ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində və beynəlxalq hüquqa söykənərək həll edilməsi istiqamətində səylərini davam etdirir. Buna baxmayaraq Ermənistanın siyasi rəhbərliyi münaqişənin uzadılması məqsədilə danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş elətdirir və ərazilərimizi işğal altında saxlamaqda davam edir. Ermənistan hakimiyyəti illərdir işğal altında saxladığı tarixi torpaqlarımızda qanunsuz narkotik ticarəti, terror qruplarının təlimlərinin təşkili, insan alveri kimi transmilli cinayətlər törətməkdə davam edir və beynəlxalq aləmə açıq şəkildə meydan oxuyur. Eyni zamanda bu kriminal ünsürlər tarixi torpaqlarımızdakı tarixi abidələrimizi özünküləşdirmək, mümkün olmadığı halda isə məhv etmək kimi vandallıq əməllərini davam etdirirlər.
Biz Azərbaycanın elmi gəncliyi olaraq təəssüf edirik ki, beynəlxalq sülhün təmin edilməsinə birbaşa cavabdeh olan beynəlxalq qyrumlar da münaqişənin həll edilməsi istiqamətində biganəlik nümayiş etdirirlər. BMT-nın münaqişənin Azərbaycanın xeyrinə həll edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə bu günədək icra edilməsə də BMT və ona üzv olan dövlətlər tərəfindən Ermənistana heç bir siyasi və digər embarqo tətbiq edilməmişdir. Bu halı təkrar-təkrar biz ATƏT və Avropa Şurası kimi qurumların da nümunəsində seyr etmişik. Hesab edirik ki, Ermənistan beynəlxalq çağırışlara və tələblərə məhəl qoymursa və qəbul edilmiş qərarları icra etmirsə həmin beynəlxalq təşkilatların bu cür dövlətlə əməkdaşlıq etməsi və onunla heç nə olmamış kimi davranması dünyada ikili standartların, ədalətsizliyin göstəricisi deməkdir. Münaqişənin həll edilməsi məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu və onun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri sanki işlərini ayda bir dəfə münaqişə tərəflərinə turist səfəri edirmişlər kimi bitmiş hesab edirlər. Hesab edirik bu bir tərəfdən Ermənistanın siyasi rəhbərliyinin nazı ilə oynamaq, digər tərəfdən isə münaqişənin həllində həmin dövlətlərin maraqlı olmaması anlamına gətirir. Sonuncu ittihamı təsdiq edəcək fakt kimi Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamənin qəbulunu əngəlləmək məqsədilə Minsk Qrupu həmsədrlərinin müraciətlərini göstərmək olar.
Azərbaycan ərazisinin 20 faizinin işğalına dözərək beynəlxalq hüquqa sadiqliyini daim sübut etmiş və münaqişənin sülh yolu ilə həllinin tükənmədiyi qənaətində olduğunu bəyan edərək bu gün də beynəlxalq ədalətin bərpasına ümidini itirməmişdir. Son hadisələr zamanı da Azərbaycan tərəfi təmas xəttində birtərəfli qaydada atəşkəs elan etsə də qarşı tərəf təxribatçı əmələllərini davam etdirir. Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev məsuliyyətin Ermənistanın kriminal siayası rəhbərliyinin üzərinə düşməsi ilə bağlı bəyənatı dünya dövlətlərini və sülhpərvər dünya ictimaiyyətini səfərbər etməli, işğalçı Ermənistana ciddi təzyiqlər edilməli və Azərabycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı beynəlxalq qurumların qərar və qətnamələri qeyd-şərtsiz yerinə yetirilməlidir.
Biz Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq Ermənistanın son günlər törətdiyi təxribatları qəti şəkildə pisləyərək BMT, ATƏT və Avropa Şurası kimi qurumları nəhayət ki, özlərinə və qəbul etdikləri sənədlərə hörmət edərək qəbul etdikləri qərarların həyata keçirilməsi istiqamətində ciddi işlər görməyə səsləyir, beynəlxalq qurumlardan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və dinc əhaliyə qarşı silah işlədilməsi kimi cinayətkar əməllərə son qoyulması istiqamətində real işlər görməyi tələb edirik. Biz eyni zamanda ATƏT-in Minsk Qrupunun fəaliyyətini birmənalı olaraq qeyri-kafi hesab edir və Minsk qrupuna üzv dövlətlərin başçılarını üzərlərinə götürdükləri sülhyaratma missiyasının məsuliyyətini dərk etməyə çağırırıq.
Biz Azərbaycan gəncləri olaraq dünyada sülhün tərəfdarı olduğumuzu bir daha bəyan etməklə bildiririk ki, sülh danışıqları və beynəlxalq qurumların çağırışları nəticəsiz qalacağı təqdirdə və ya beynəlxalq ictimaiyyətin məsələyə biganə münasibəti davam edəcəyi təqdirdə biz öz torpaqlarımızın işğaldan azad edilməsi kimi müqəddəs missiyanı öz üzərimizdə saxlayırıq və bu yolda istənilən mübarizəyə və torpaqlarımızı azad etməyə hazırıq.
Bəyanat BMT-nın 6 işçi dilinə tərcümə edilərək BMT, ATƏT, Avropa Şurası rəsmilərinə və müxtəlif ölkələrin parlamentarilərinə göndəriləcək”.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info