Əli Həsənov: “Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir“
Tarix: 05.04.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin “TRT World” telekanalına müsahibə verib. AZƏRTAC xəbər verir ki, Əli Həsənov müsahibəsində aşağıdakıları deyib:
-Azərbaycan torpaqlarını işğal edən Ermənistana həmişə beynəlxalq təzyiq göstərilib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edib. Hər dəfə Ermənistan bu qətnamələrin icrasına məcbur edilir. Onlar isə hər dəfə bizə qarşı təxribatlar törədirlər və baş verən hadisələrdə Azərbaycanı suçlayırlar. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik. Buna görə də, biz onların təxribatlarına beş qat artıqlaması ilə cavab verdik. Minsk qrupundan və BMT-dən gözləntilərimiz onların çağırışlarına və qərarlarına bizim hörmətlə yanaşdığımız kimi, həmin sənədlərin icrası üçün bu qurumların Ermənistana təzyiq göstərmələri idi. Məhz Ermənistanın cavabdehlik daşımağa məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir. Azərbaycan bu gün torpaqları təkcə geri almaq iradəsi ilə yaşamır. Sizi əmin edirəm ki, Azərbaycan qısa müddət ərzində torpaqları işğaldan azad etmək imkanına malikdir. Amma bəşəriyyət naminə biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə səy göstəririk. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını məhz öz bildiyimi kimi azad edəcək.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb
15.11.2018
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info