Sərkisyanı uçuq-sökük hərbi hospitalda qarşıladılar
Tarix: 05.04.2016 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Ermənistanın müharibəyə hazır olmadığı bir daha sübut olundu
Son günlər erməni ordusunun ard-arda uğursuzluğa məruz qalması, işğalçı ölkənin təşviş içində olması barədə yalnız xəbərlər gəlmir, bununla bağlı fotolar, videolar da yayılır. Diqqətimizi çəkən belə fotolardan biri isə Rusiya mətbuatında yayılıb. Ermənilərin çəkdiyi fotoda aydın görünür ki, işğal olunmuş ərazilərimizdə məskunlaşdırılan erməni ailələri buradan köç etməyə başlayıblar. Heç şübhəsiz ki, bu böyük təşviş və köç orduya güvənin az olmasından irəli gəlir. Azərbaycan ordusunun son uğurlu əməliyyatlarından hali olan ermənilər hər an işğal olunmuş torpaqların geri qaytarılacağından qorxaraq döyüş bölgələrinə yaxın yaşayış ərazilərindən qaçıb uzaqlaşırlar.
Digər diqqətimizi çəkən məqam isə Ermənistanın “news.am” saytının Serj Sərkisyanın işğal olunmuş ərazilərdə verilən ağır itkilərdən sonra nəhayət ki, yaralı əsgərlərin qarşısına çıxması ilə bağlı yaydığı videodur. Videoda hərbi hospitala gələn Serj Sərkisyanın həyəcan və qəmli simasından çox, hospitaldakı ağır durum diqqəti çəkir. Uzun illərdir ki, dəfələrlə Ermənistanda olan ağır iqtisadi durumun onların ordusuna da sirayət etdiyini yazır, bununla bağlı öz ölkələrində yayılan xəbərləri də əsas gətirirdik. Bu videogörüntülərə də baxanda aşkar şəkildə görmək olur ki, müharibə aparmağa hazır olduqlarını deyən Ermənistan rəhbəri adi hospitalı nəinki tikib belə situasiyalar üçün hazır saxlamayıbmış, hətta köhnə sovet dövründən qalan hospitalda təmir işləri üçün belə, maddi vəsait tapa bilmirlər. Videoya baxanda Sərkisyanın addım-addım gəzdiyi, yaralıların xeyli sayda olduğu palatalarda döşəmənin çürüməsi və sonradan yamaq kimi ora taxtaların vurulması aşkar sezilir. Bundan başqa, oxşar uçuqları, yamaqları divarlarda da açıq-aydın sezmək olur.
Başqa bir maraqlı məqam isə erməni mətbuatında yaralıların daşınması ilə bağlı yayılan videogörüntülərdə, fotolarda köhnə, sovet istehsalı hərbi tibbi yardım maşınlarından istifadə edilməsidir. Qısası, Ermənistan prezidentinin baş çəkdiyi vacib bir sosial obyektin- hospitalın belə ağır durumda olması və sadalanan digər məqamlar Ermənistanın ağır iqtisadi vəziyyətini bir daha göstərmiş oldu və ermənilərin nəinki müharibəyə, heç lokal döyüşlərə belə, hazır olmadıqlarını sübut etdi.

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info