Tələbələrimiz torpaqlarımızın müdafiəsinə daim hazırdır
Tarix: 05.04.2016 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Aprelin 5-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında “Azərbaycan tələbələri torpaqlarımızın müdafiəsinə daim hazırdır!” adlı ali və orta təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və tələbələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycan tələbələrinin daim ordumuzun yanında olmasını, eləcə də lazım gələrsə silaha sarılıb peşəkar döyüşə qoşulacaqlarını nümayiş etdirməkdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icraçı direktoru Şəmsi Gülverdiyev tədbiri açıq elan etdikdən sonra şəhid olmuş əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra son rəsmi məlumatları xatırladan Ş.Gülverdiyev Vətənin müharibə şəraitində Azərbaycan tələbələrinin hər an döyüşə hazır olduğunu bildirib.
Daha sonra çıxış edən Azərbaycan Dillər Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatlarının sədrləri tələbələr adından şəhid əsgərlərimizin valideyinlərinə səbr diləmiş, cəbhədə son durumla bağlı öz mövqelərini səsləndiriblər və lazım olarsa özləri də hər zaman Vətənin uğurunda müharibəyə hazır olduqlarını bildiriblər.
Sonda görüş tələbələrin müzakirələri və təklifləri davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info