ATGTİ-dən cəbhədə baş verən hadisələrlə bağlı bəyanat
Tarix: 05.04.2016 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


Aprelin əvvəlindən başlayaraq cəbhə xəttində baş verən məlum hadisələr cəmiyyətin fəal hissəsi olan Azərbaycan tələbələrini də hərəkətə gətirmişdir. Bildiyimiz kimi erməni silahlı qüvvələri məkrli işğalçılıq siyasətlərinin davamı olaraq cəbhənin ön xəttində təxribata əl atmış, Azərbaycan mövqelərini atəşə tutmuş, ərazilərimizi zəbt etməyə cəhd göstərmişdir. Bununla kifayətlənməyən mənfur düşmənlərimiz dinc əhalinin yaşadığı ətraf kəndləri də odlu silahlardan atəşə məruz qoymuş, onlarla ev və tikililərə ciddi ziyan vurmuş, kənd sakinlərinin həlak olmasına, yaralanmasına səbəb olmuşdur. Bütün bunlara cavab olaraq Azərbaycan silahlı qüvvələrinin igid oğullarının rəşadəti sayəsində bu təxribatların qarşısı alınmış və düşmənə layiqli cavab verilmişdir. Erməni silahlı qüvvələrinin hərbi texnika – ağır artilleriya qurğuları məhv edilmiş, yüzlərlə canlı qüvvəsi zərərsizləşdirilmişdir. Üstəlik, işğal altında olan bir neçə yaşayış məntəqəsi və yüksəkliklər işğalçıların tapdağından azad olunmuşdur. Azərbaycan ordusu 15 şəhid vermişdir. Tələbə ictimaiyyəti adından Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Son günlərdə cəbhədə baş verən münaqişələr dünya mediasında geniş yer almış və beləcə erməni təxribatı haqqında məlumat dünya ictimaiyyətinə ətraflı olaraq çatdırılmışdır. Beynəlxalq təşkilatların fikirlərini nəzərə alan, eləcə də insanlıq və humanizm dəyərlərinə yüksək qiymət verən Azərbaycan tərəfi bildiyimiz kimi, bir neçə gün əvvəl birtərəfli olaraq atəşkəsi bərpa etmiş, hərbi əməliyyatları dayandırmışdı. Lakin, mərkli siyasətindən əl çəkməyən erməni qüvvələri yenə təxribata əl almış və ordumuzu yenə münaqişəyə cəlb etmişdir.
Azərbaycan tərəfi sülh prosesini dəstəklədiyini, eləcə də danışıqları davam etdirərək bir nəticə əldə olunmasının tərəfdarı olmasını artıq 20 ildən çox davam edən vaxt ərzində sübut etmişdir. Təmas xəttində yaşayış məskənlərimizin atəşə tutulması və dinc sakinlərimizin öldürülməsi bir daha sübut edir ki, Ermənistan hökuməti Azərbaycan xalqına qarşı soyqırım siyasətindən əl çəkməyib. Yalnız, xalqımızın səbri də tükənməz deyil. Qarabağ ərazisindən erməni silahlı qüvvələri çıxarılmalı, öz yurd-yuvalarından məcburi köçkün, didərgin düşmüş Qarabağ əhalisi öz məskənlərinə geri qaytarılmalıdır. Xatırladaq ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 1 milyondan çox soydaşımız məcburi köçkün vəziyyətinə düşmüşdür. Qarabağ Azərbaycanın əzəli, dədə-baba torpağıdır və gec-tez bu torpaqda Azərbaycan bayrağı dalğalanmalıdır. Bu bizim ədalətli mövqeyimizdir, haqqımızdır. Əgər sülh prosesi ədaləti bərpa etməkdə acizdirsə, xalqımızın igid oğulları bu ədaləti döyüş meydanında bərpa etməli olacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında qeyd etdiyi kimi bu dəfə də məsuliyyət Ermənistanın kriminal rəhbərliyinin üzərinə düşür. Ermənistan İqtisadiyyatını qura bilməyən, əhalisinin yarısını artıq Ermənistandan didərgin salan, yarıtmaz siyasətləri ilə erməni xalqını səfil günə qoyan siyasi hakimiyyət təkcə havadarının sifarişi ilə yox eyni zamanda qeyd olunan yaramaz siyasətlərini ört basdır etmək üçün dəfələrlə cəbhədə təxribatlar törədərək diqqəti yayındırmağa çalışmışlar.
Bugün Azərbaycan gəncliyində olan vətən yanğısı, vətənpərvərlik hissi bizə bildirir ki, işğal altında olan torpaqlarımızın azad olunacağı gün lap yaxındadır. Bunun üçün Biz – Azərbaycan tələbələri silaha sarılıb vətən torpağının müdafiəsinə qalxmağa, lazım gələrsə Vətən uğrunda şəhid olmağa daim hazırıq. Hələ cəbhədən gələn ilk xəbərləri eşidən tələbələr təhsil aldığı müəssisələrdə fəallaşmış, müxtəlif səpkili tədbirlər, yürüşlər, çağırışlar edərək milli ordumuzun əsgər və zabit heyətinə dəstək olduqlarını bildirmişlər.
Biz Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı olaraq son günlər cəbhənin ön xəttində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatları kəskin pisləyir, onların apardıqları bu işğalçılıq siyasətinə etiraz edirik. Hesab edirik ki, BMT-nin məlum 4 qətnaməsinə əməl etməyən Ermənistana qarşı Azərbaycan ordusu daim hazır olmalı və döyüş əmri verilən kimi doğma torpaqlarımızı işğaldan azad etməlidir. Eyni zamanda BMT, ATƏT kimi beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq əməllərinə düzgün qiymət verməli və ədalətin bərpa olunması üçün təzyiq vasitələrini işə salmalıdır. Torpaqlarımız birmənalı olaraq boşaldılmalı və beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmalıdır! Bu məqsədə çatmaq üçün Azərbaycan tələbə-gəncləri Ali Baş Komandan cənab İlham Əliyevin hər cür əmrinə gecə və gündüz hazırdır!
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info