Belarusdakı azərbaycanlılar cəbhədə baş verənlərlə əlaqədar bəyanat yayıb
Tarix: 05.04.2016 | Saat: 19:49:00 | E-mail | Çapa göndər


Belarusda fəaliyyət göstərən Azərbaycan İcmaları Konqresi təmas xəttində baş verən insidentlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Belarusda yaşayan minlərlə azərbaycanlı növbəti erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən cavab tədbirlərini alqışlayır, qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması xəbərinə sevinir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ali Baş Komandan, İlham Əliyevin tutduğu qətiyyətli mövqeyi və gördüyü işləri daima dəstəkləyirik. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycanın haqlı mübarizəsində 25 ildir davam edən münaqişənin həllinə beynəlxalq hüququn norma və prinsipləri əsasında nail olmaq və regionda davamlı sülhü bərqərar etmək üçün beynəlxalq qurumlar qəti şəkildə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını rəsmi Ermənistandan tələb etməlidir. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz olaraq təmin olunmalıdır. Belarusda yaşayan hər bir azərbaycanlı Dağlıq Qarabağ münaqişəsinin həllində Ali Baş Komandan, cənab prezident İlham Əliyevin yanında olmağı, Vətənimiz Azərbaycanın düşmən tapdağından azad olunması üçün lazımı tədbirlərdə yer almağı özünə borc bilir. Azərbaycandan kənarda yaşamalarına baxmayaraq böyük bir diaspora ordusu Ali Baş Komandanı dəstəkləyir və daima Cənab Prezidentin yanındadır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info