“Maliyyə Bazarlarına Nəzarət Palatası qabaqcıl standartlara uyğun fəaliyyət göstərəcək”
Tarix: 05.04.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Maliyyə Bazarlarına Nəzarət Palatasında İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə Regional Direktor müavini Simona Haberlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüş iştirakçılarına SECO ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Sədr maliyyə sektoru ilə bağlı ortamüddətli strategiyanın hazırlanması və bu sektorun əhəmiyyətli təhlili ilə bağlı görüləcək işlər, həmçinin bu proseslərə SECO və İsveçrənin Maliyyə Bazarlarına Nəzarət Orqanının cəlb olunması ilə əlaqədar məsələlər barədə fikir bildirib. SECO-nun Cənubi Qafqaz üzrə Regional Direktor müavini Simona Haberli təmsil etdiyi qurum ilə Azərbaycan arasında iqtisadi və maliyyə sahəsində qarşılıqlı əməkdaşlıqdan danışaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının Avropa təcrübəsinə söykənərək, qabaqcıl beynəlxalq standartlara uyğun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Görüşdə iki qurum arasında əlaqələrin inkişaf perspektivləri, əməkdaşlığın gələcək potensial sahələri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qorqud





 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kredit verilib
25.04.2019
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25.04.2019
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom Strateji Anlaşma Memorandumu imzaladı
25.04.2019
Çin şirkətləri bərpaolunan enerji sahəsində iştiraka dəvət edilib
25.04.2019
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info