“Ermənilər Azərbaycan ordusunun layiqli müqaviməti ilə üzləşdilər”
Tarix: 05.04.2016 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun "Sputnik"ə müsahibəsi:
- Əli müəllim, cəbhədəki son vəziyyət və beynəlxalq aləmin məsələyə reaksiyasına münasibətiniz necədir?
- Atəşkəsin pozulmasından dərhal sonra, atışmanın qızğın çağında ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, həmçinin həmsədr ölkələrinin rəhbərlərinin adından atəşin dayandırılması ilə bağlı tərəflərə çağırış olmuşdu. Bu çağırışdan dərhal sonra Azərbaycan tərəfi mövcud mövqelərdə atəşi dayandırmış və beləliklə Minsk qrupu həmsədrlərinin çağırışına operativ reaksiyasını nümayiş etdirmişdir. Lakin Ermənistan tərəfi beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymadan bütün növ iri çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək Azərbaycan mövqelərini atəşə tutmaqda davam edir. Silahlı qüvvələrimiz buna müvafiq olaraq cavab verir və hərbi şəraitə tam nəzarət edir.
- Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında toxunulan məsələlər bərədə nə deyə bilərsiniz?
- Cənab Prezident vəziyyətlə bağlı Müdafiə Nazirliyinin və müvafiq qurumların rəylərini öyrəndi, lazımı tapşırıqlarını verdi. Rəylər ondan ibarətdir ki, ermənilər sülh istəmirlər, danışıqları pozurlar. Onlar bir qayda olaraq Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini blokadaya alırlar. Bu dəfə də Azərbaycan Prezidentinin Vaşinqtonda intensiv danışıqlar apardığı bir zamanda növbəti təxribata əl atmışlar. Cənab Prezident hesab edir ki, bu ermənilərin növbəti təxribatıdır, onlar yenə də aktivləşməkdə olan sülh danışıqlarını pozmağa çalışırlar. Bu, Azərbaycan Prezidentinin Vaşinqtonda Amerikanın vitse-prezidenti, həmçinin dövlət katibi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı danışıqlara mane olmaq cəhdidir. Müşavirədə qeyd olundu ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini artırdığı bütün mərhələlərdə onlar belə oxşar təxribatlara əl atmışlar. Xatırladılmışdı ki, 2015-ci ildə Rusiya Prezidenti cənab Putinin səylərinin artığı, Ermənistan və Azərbaycan prezidentlərinin bilavasitə danışıqlarına dəstək verdiyi, bundan sonra xarici işlər naziri Sergey Lavrovun Azərbaycana bu və ya digər təkliflərlə gəlməsi fonunda da ermənilər eyni təxribata əl atmışlar. Bundan əvvəl 2014-cü ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa fəallaşmışdı və prezident cənab Ollandın "status-kvo" nu aradan qaldırmaq üçün təşəbbüsləri olanda da ermənilər cəbhə bölgəsində belə təxribatlara əl atdılar. Bu onun göstəricisidir ki, ermənilər sülh istəmir, "status-kvo"nunu aradan qalxmasında maraqlı deyirlər. Münaqişənin tənzimlənməsində hər hansı bir cəhd olan kimi oxşar davranış göstərirlər. Bu dəfə də təxribata əl atdılar və Azərbaycan ordusunun layiqli müqaviməti ilə üzləşdilər.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bildirib ki, Ermənistanın müraciəti olarsa, məsələni müzakirə edə bilər. Bu fikrə münasibətiniz necədir?
- Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətləri Azərbaycanı narahat etmir və bizə o qədər də adiyyatı yoxdur. Söhbət Ermənistanla Azərbaycan arasında müharibədən yox, Azərbaycanın işğal altında olan ərazilərindəki erməni silahlı qüvvələrinə cavab tədbirlərindən gedir.
Biz Azərbaycan olaraq Ermənistana hücum etməyə hazırlaşmırıq. Biz Ermənistanın milli təhlükəsizliyini təhdid etmirik, sadəcə olaraq onun işğal etdiyi torpaqlarımızın azad olunmasına çalışırıq. Ermənilərin işğal altındakı ərazilərimizdəki qoşunları Azərbaycanın dinc sakinlər yaşayan ərazilərini təhdid etdi və biz onlara layiqli cavab verdik. Ona görə də KTMT Azərbaycanın işğal altında olan ərazilərindəki erməni qoşunlarını müdafiə etmək üçün heç bir hüquqi əsası yoxdur. KTMT müdafiə təşkilatıdır və üzv ölkələrindən heç birinin başqalarına qarşı işğalçı siyasətini təqdir etmir.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info