ABŞ tarixində rekord cərimə: bp 20,8 milyard dollar təzminat ödəyəcək
Tarix: 05.04.2016 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Aprelin 4-də axşam saatlarında Yeni Orlean məhkəməsi ABŞ hökuməti və Britaniyanın bp neft kompaniyası arasında razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən 2010-cu ildə Meksika körfəzinə neft sızması səbəbindən konsern təzminat qismində 20,8 milyard dollar cərimə ödəməlidir. İnterfax informasiya agentliyi xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi bunun ölkə tarixində ətraf mühitin çirklənməsi ilə bağlı ən böyük cərimə, həmçinin bir təşkilat tərəfindən ödənilən rekord kompensasiya olduğunu qeyd edib. Nazirlik, eyni zamanda, məhkəmənin qərarından məmnun olduğunu da bildirib. AZƏRTAC
Kompaniya bütün məbləği 16 il ərzində tamamilə ödəməlidir.
Xatırladaq ki, 2010-cu il aprelin 20-də Yeni Orlean ştatından 210 kilometr cənub-şərqdə yerləşən “Macondo” yatağındakı “Deepwater Horizon” qazma platformasında qəza baş verib. Hadisə 11 nəfərin ölümünə və tarixinin ən miqyaslı neft sızmalarından birinə səbəb olub. Qəza zamanı baş verən yanğın nəticəsində platforma suyun dibinə batıb, yataqdan isə 85 gün ərzində okeana neft axıb. Körfəzə ümumilikdə 473 milyon litr neft sızdığı bildirilir.
Şirkətin qəza ilə bağlı xərcləri ümumilikdə 53 milyard dollardan artıq qiymətləndirilib.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
16.02.2019
Misirdə terror aktı nəticəsində ən azı 15 əsgər həlak olub
16.02.2019
Suriyadan olan 395 qaçqın ötən il Rusiya vətəndaşlığı alıb
16.02.2019
ABŞ-da atışma: xəsarət alanlar var
16.02.2019
Nigeriyada silahlı hücum nəticəsində 60-dan çox dinc sakin həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info