Kamran Ağayev üçün mövsüm bitib
Tarix: 06.04.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


“İnter”in qapıçısı Kamran Ağayevin zədəsinin durumuna aydınlıq gəlib. Sol ayağına gips sarğısı qoyulan yığma komandamızın qolkiperi ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Topaz Premyer Liqasının XXVIII turunda “Qəbələ” ilə qarşılaşmada zədələnən 30 yaşlı oyunçunun ayağında hər hansı bir sınıq və çat aşkarlanmasa da, oynaqdaxili zədələnmə müşahidə olunub. Həkimlər Ağayevin ayağının ən azı 2 həftə gipsdə hərəkətsiz vəziyyətdə qalmasını məsləhət görüblər. Gips açıldıqdan sonra futbolçu yenidən tibbi müayinədən keçəcək və yalnız ondan sonra onun məşqlərə nə zaman başlayacağına aydınlıq gələcək. İlkin ehtimala görə, “bankirlər” ən azı 1 ay əsas qapıçısının xidmətindən məhrum qalacaq. Ancaq zədənin sağalma prosesi gec gedərsə, o zaman Ağayev bu mövsüm meydana çıxmaya bilər. Qeyd edək ki, qış fasiləsində “İnter”ə keçən Kamran Ağayev “bankirlər”in heyətində Topaz Premyer Liqasında 7 oyun keçirib, qapısından 3 top buraxıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
25.09.2018
Cüdoçumuz Elmar Qasımov dünya çempionatına qələbə ilə başlayıb
25.09.2018
“Barselona” Serxio Buskets ilə yeni müqavilə imzalayıb
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info