“Ermənistanda pensiyaların məbləği minimal istehlak səbətinin 40 faizi qədərdir”
Tarix: 27.02.2013 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


“İnsanların valideynlərinə, babalarına və nənələrinə göstərdiyi yardım sayəsində yaşlı pensiyaçılar acından ölmürlər”
Ermənistanda keçirilən bütün seçkilərdə namizədlər təqaüdçülərə xüsusi diqqət ayırırlar. «Nyus.am» yazır ki, bunun əsas səbəbi Ermənistanda 452,5 min təqaüdçünün olması ilə bağlıdır. Bu isə daimi əhalinin 16,7 faizini təşkil edir: «Ona görə də təqaüdçünün elektorat kimi əhəmiyyəti çoxdur. Birincisi, ona görə ki, Ermənistanda seçici sayı daimi əhali sayından çox azdır. İkincisi, yaşlılar böyük siyasətdən kənarda qalmayaraq, seçki məntəqələrinə gənclərdən fərqli olaraq aktiv şəkildə baş çəkirlər. Ona görə də təqaüdçülərin səsini qazanmaq üçün onlara yağlı vədlər verilir. İlk növbədə, onlara təqaüdlərinin artırılacağı vəd edilir. Bu vəd təqaüdü az olan yaşlı insanlar üçün yaraya dərman kimi bir şeydir. Ermənistanda ötən ilin dekabrında orta pensiya məbləği 29689 dram təşkil edib. Göründüyü kimi, orta aylıq pensiya məbləği çox aşağı səviyyədədir. Məsələn, orta aylıq pensiya səviyyəsi ötən ilin dördüncü kvartalının minimal istehlak səbətinə münasibətdə 73,4 faiz təşkil edib. Yəni, bu məbləğ minimal istehlak səbətini belə, ödəmək iqtidarında deyil. Bunun isə çox arzuolunmaz nəticələri ola bilər. Qeyd etmək lazımdır ki, təqaüdçülər arasında çox az bir qismin aldığı məbləğ minimal istehlak səbətini üstələyir. Onların sayı isə heç min nəfərin yarısı qədər deyil. Ən aşağı pensiya sosial pensiyalardır. Onların məbləği minimal istehlak səbətinin 40 faizi qədərdir. Reallıqda pensiyaçıların vəziyyəti bundan daha ağırdır. İnsanların öz valideynlərinə, babalarına və nənələrinə göstərdiyi diqqət sayəsində yaşlı pensiyaçılar acından ölmürlər. Əgər artıq böyümüş uşaqlar özləri sadəcə aşağı səviyyəli əməkhaqqı ilə yaşamağa məcburdurlarsa, onda böyüklərinə, əmək və əlilliyə görə təqaüdə çıxan yaşlı yaxınlarına necə baxsınlar? Yaşlı insanlar aşağı səviyyəli pensiya ilə necə yaşasınlar? Təbii ki, bunlar ritorik suallardır. Pensiyanın məbləğinin aşağı olması illər ərzində ölkədə həyata keçirilən iqtisadi siyasətin məntiqi nəticəsi ilə bağlıdır. Yəni, pensiya sistemi təkbaşına «günahkar» deyil. Pensiyanı müəyyənləşdirən əsas faktorlardan biri pensiyaçıların sayının muzdlu işçilərə olan nisbətidir. Bizdə 0,8 işçiyə bir pensiyaçı düşür. Bəzi ölkələrdə bu nisbət 1-in 2-yə və ya 3-ə olan nisbətindədir. Yəni, bir pensiyaçıya 2 və 3 işçi düşür. Bizdə 1/2 nisbətini əldə etmək üçün muzdlu işçilərin sayı 2,5 dəfə artmalıdır. Bu isə yaxın və uzaq perspektiv üçün real deyil. İşçilərin maaşlarına gəldikdə isə qeyd edək ki, bunun özünün məbləği yuxarı səviyyədə deyil. Buna görə də işçilərin əməkhaqqından tutulan sosial verginin məbləğini artırmaq mümkün deyil. Orta pensiya ilə əməkhaqqı arasında inteqral təsir bizdə 25 faiz təşkil edir ki, bu da çox aşağı göstərici sayılır. Bu sahədə xüsusi uğurun olmadığı Rusiyada həmin rəqəm 2011-ci ildə 36 faiz təşkil edib. Ötən ilin iyul ayında Rusiyada orta aylıq pensiya bu kateqoriyaya daxil olan insanlar üçün müəyyənləşən yaşayış minimumunu 1,7 dəfə üstələyib. Avropa ölkələrində isə əməkhaqqı və pensiyanın orta aylıq məbləği bizim üçün fantastik görünür. Almaniyada orta pensiya orta aylıq əməkhaqqına bağlı olur və hər il ona münasibətdə 65 faiz təşkil edir».
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
“Bu gün heç kim etibar edib Ermənistana borc vermək istəmir”
17.09.2019
“Politik.am”: “Paşinyanın xidmət edən oğlu İrəvan küçələrində gəzir”
17.09.2019
“Qraparak”: “Ermənistanda “istefalar paradı” başlaya bilər”
17.09.2019
Dündar Keşaplı Türkiyə Futbol Federasiyasını ziyarət edib
17.09.2019
Diaspor sədri əl-Əzhər Universitetinin rektoru ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info