Əli Həsənov: “Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik”
Tarix: 06.04.2016 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin “TRT World” telekanalına müsahibə verib. Əli Həsənov müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini vurğulayıb. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir, Azərbaycana qarşı təxribatlar törədir və baş verənlərdə Azərbaycanı suçlayır.
Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik. Prezidentin köməkçisi deyib ki, biz BMT Təhlükəsizlik Şurasının qərarlarına, Minsk qrupunun çağırışlarına həmişə hörmətlə yanaşmışıq. Lakin bu qurumlar onlara hörmətsizlik edən Ermənistana heç bir təzyiq göstərmirlər. Məhz Ermənistanın işğala son qoymasına məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir. Azərbaycan qısa müddət ərzində torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Amma biz qan tökülməsini istəmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırıq. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını istənilən yolla azad edəcək.
“İsrail Ermənistanın təcavüzkar hərbi provokasiyası ilə əlaqədar son hadisələrə münasibətini bildirə bilərdi”
Qeyd edək ki, İsrail ötən həftənin istirahət günlərində yenidən alovlanan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bitərəf qalmağa çalışır. Bununla bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bazar ertəsi “Jerusalem Post” qəzetinə Bakıdan telefonla verdiyi eksklüziv müsahibədə deyib ki, ölkəmiz İsrailin bu məsələ barədə öz mövqeyini bildirməsində maraqlıdır. Jurnalistin “Siz hörmət və ehtiram bəslədiyiniz İsraildən nə gözləyirsiniz” sualının cavabında Əli Həsənov deyib: “Biz istərdik ki, İsrail burada baş verən hadisələrə münasibətini bildirsin. İsrail dünya birliyinin və ATƏT-in üzvü kimi Ermənistandan atəşi dayandırmasını, danışıqlara başlamasını və beynəlxalq hüquq normalarına hörmət etməsini tələb edə bilər”. Əli Həsənov bildirib ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan öz tərəfdaşlarından gözləyir ki, onlar ölkəmizin işğal edilmiş ərazilərində qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş aqressiv hərbi provokasiya ilə bağlı son hadisələrə münasibət bildirsin. O, qeyd edib ki, Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və öz mövqelərini müdafiə etmək üçün Ermənistan silahlı qüvvələrinə layiqli və sarsıdıcı cavab verib, onları geri çəkilməyə məcbur edib.
Əli Həsənov deyib ki, İsrailin Ermənistana birbaşa təsir etmək üçün real vasitələri yoxdur. Lakin onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yaxşı strateji əməkdaşlıq əlaqələri var. İsrail bu imkan sayəsində həmin ölkələri sövq edə bilər ki, onlar Ermənistanı beynəlxalq hüquq normaları çərçivəsində danışıqlara məcbur etsinlər. Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycan ilə Ermənistan arasında partlayış təhlükəli hərbi vəziyyət həm bu regiona, həm də Yaxın Şərqdə vəziyyətə təsir göstərə bilər. Prezidentin köməkçisi deyib: “Biz İsrail Dövlətini etibarlı və strateji tərəfdaş, habelə Ermənistanın Azərbaycana qarşı hərbi provokasiyaları ilə əlaqədar son hadisələrə münasibət bildirə biləcək mühüm və nüfuzlu ölkə hesab edirik. İsrail danışıqlar prosesinin gedişinə təsir göstərə bilər”.
Jurnalist Herb Keynon hesab edir ki, Dağlıq Qarabağda partlayış təhlükəli vəziyyət çox güman, yanvar ayında Davos İqtisadi Forumunun kuluarlarında müzakirə edilib. O vaxt Baş nazir Benyamin Netanyahu Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Müəllif qeyd edir ki, keçən həftə Vaşinqtonda olmuş və Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmiş Prezident İlham Əliyev orada Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Amerikanın əsas yəhudi təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərləri ilə görüşüb. ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının rəhbərləri qeyd ediblər ki, bu cür görüşlər Azərbaycan ilə ABŞ, Azərbaycan ilə İsrail arasında əməkdaşlığın inkişafına töhfə verir. Qeyd olunub ki, Azərbaycan-Amerika əlaqələri yüksək səviyyədədir və yəhudi təşkilatları bu prosesə öz töhfəsini verir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info