Yunanıstana miqrant axını davam edir
Tarix: 06.04.2016 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Türkiyə ilə Avropa Birliyi arasında mühacirlərlə bağlı razılaşmaya gəlinməsinə baxmayaraq, Yunanıstana miqrant axını davam edir. Lesbos adasına gəmilərlə çatan mühacirlərin sayı 200-ü keçib. Razılaşmaya görə, bu mühacirlər də Türkiyəyə geri göndərilməlidir. Lakin mühacirlər geri qayıtmaq istəmirlər.
Martın 20-dən sonra Yunanıstana qeyri-qanuni yollarla gedən 202 mühacir bazar ertəsi günü Türkiyəyə qaytarılıb. Bu insanların əksəriyyəti Pakistan, İran və əfqanəsillidir. Türkiyə ilə Avropa Birliyi arasındakı razılaşmadakı "1-1" düsturuna əsasən Türkiyəyə göndərilən hər nəfər qarşılığında bir suriyalı Avropa Birliyi ölkələrinə göndərilməlidir. Bu baxımdan indiyə qədər 40-dan çox suriyalı Avropanın fərqli şəhərlərinə göndərilib. Digər baxımdan Yunanıstanın Makedoniya sərhədindəki İdomeni qəsəbəsindəki düşərgələrdə həyat uğrunda mübarizə aparan mühacirlər yolları bağlayaraq etiraz aksiyası təşkil ediblər. Təxminən 50 min adamın qaldığı düşərgədə immiqrantlar Makedoniyaya girmələrinə icazə verilməsini istəyir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info