Azərbaycan, İran və Türkiyə arasında əlaqələndirici orqan yaradılıb
Tarix: 06.04.2016 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll edilməlidir”
İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İranın Mazandaran əyalətinin Ramsər şəhərində keçirilən IV görüşü başa çatıb. Görüşün sonunda Bəyannamə qəbul olunub.
Bəyannamədə bildirilir ki, nazirlər əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan və Van bəyanatlarına dair öhdəliklərini vurğulayıb, üç ölkənin xalqları arasında mövcud olan, dərin köklərə malik tarixi, dini, mədəni oxşarlıqlar və ümumi dəyərlərin daha güclü həmrəylik üçün xüsusi imkanlar yaratdıqlarına əminliklərini ifadə ediblər. Bəyannamədə bütün sahələrdə əlaqələrin daha da genişləndirilməsi vasitəsilə regionda sülh, sabitlik, təhlükəsizlik, firavanlıq və əməkdaşlıq həlqəsinin yaradılmasına dair öhdəliklərinitəsdiqləyiblər və bu səylərin həmrəylik yolu ilə regional sahiblik hissini gücləndirəcəyini vurğulanıb. Tərəflər regionda sülh və sabitliyin möhkəmləndirilməsində birgə maraqlarını vurğulayıb və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət və bütün mübahisələrin dinc yolla nizamlanması da daxil olmaqla, beynəlxalq hüququn prinsiplərinə öhdəliklərini vurğulayıblar. Bu xüsusda, qeyd olunmuş prinsiplər əsasında Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə həll olunmasının vacibliyi vurğulanıb. Tərəflər regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün müxtəlif səviyyə və platformalarda, Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfrans və İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində birgə maraq kəsb edən regional və qlobal məsələlərə dair məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Tərəflər iqtisadi-ticari əməkdaşlığı gücləndirmək, sərmayə və ticarətin təşviq edilməsi üçün mövcud potensialdan istifadə etmək, həmçinin enerji, nəqliyyat, telekommunikasiya, sənaye, təhsil, elm, mədəniyyət, turizm və idman sahələrində birgə layihə və proqramların həyata keçirilməsi yolu ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün bütün səyləri gücləndirməyi qərara alıb, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib, ticarət, nəqliyyat, rabitə və enerji kimi prioritet sahələrə diqqətin yönəldilməsinin və bütün üzv ölkələr üçün maraqlı sahələrdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Qəbul olunmuş qərarlar və nazirlər səviyyəsində qəbul olunmuş Fəaliyyət Planının yerinə yetirilməsinə nəzarət edilməsinin vacibliyini vurğulayıblar və üçtərəfli mexanizmin əlaqələndirici orqanı kimi fəaliyyət göstərəcək İcraedici Komitənin yaradılması qərara alınıb. Komitə ən azı ayda bir dəfə nazirlər görüşündən əvvəl çağırılacaq və sahəvi əməkdaşlıq üzrə fəaliyyət planlarında sadalanan fəaliyyətlərin həyata keçirilməsi üzrə əldə olunan uğurları nəzərdən keçirəcək və üçtərəfli nazirlər görüşünə məruzə edəcək. Bu İcraedici Komitə üç ölkənin siyasi səviyyədə xarici işlər nazirlərinin müavinlərindən təşkil olunacaq. Növbəti görüşün 2017-ci ildə Azərbaycan Respublikasında keçirilməsi barədə razılığa gəlinib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info