Qalib İsrafilov: “Ermənistanın hələ də şansı var”
Tarix: 06.04.2016 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


“Daimi Şurada da qeyd etdik ki, Minsk Qrupu formatında Ermənistan və Azərbaycanın iştirakı ilə effektiv danışıqların aparılmasının tərəfdarıyıq. Bunun üçün Ermənistanın hələ də şansı var. Biz münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Hesab edirik ki, ATƏT çərçivəsində qəbul edilmiş qərarlar buna imkan verir.ATƏT-in Helsinki Yekun Aktının prinsipləri əsasında mərhələli həll yolu mövcuddur”. Bu sözləri Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov "Anadolu" agentliyinə açıqlamasında deyib. O bildirib ki, Minsk Qrupunun həmsədrləri öz mandatlarından istifadə edərək Ermənistandan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb etməlidir: “Öncədən 5 bölgə boşalmalı, həmin bölgəyə azərbaycanlı məcburi köçkünlər qayıtmalı, onlar üçün normal şərait yaranmalı, ərazilər və nəqliyyat-kommunikasiya bərpa edilməlidir. İkinci mərhələdə digər iki region - Laçın və Kəlbəcər qayıtmalıdır və bunun əsasında Dağlıq Qarabağbölgəsinin Azərbaycan tərkibində statusunun müəyyən edilməsi baş tuta bilər. Bunun üçün də Qarabağdan qovulmuş azərbaycanlı icması oraya qayıtmalı və erməni icması ilə bərabər hüquqlarla prosesdə iştirak etməli, onlar üçün həyat qurmağa eyni imkanlar yaradılmalıdır. Bu məsələdə Minsk Qrupu ölkələrini və həmsədrləri daha fəal olmağa çağırdıq”.
Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi bu məsələdə daim Azərbaycanın yanında olduğu üçün Türkiyəyə təşəkkürünü də çatdırıb: “Ümid edirik ki, həmsədrlərin regiona səfəri nəticəsidnə intensiv dialoq və danışıqlara başlaya bilərik”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info