Fransalı senator: “Mövcud status-kvo qəbuledilməz və dözülməzdir”
Tarix: 06.04.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Fransa Senatının aprelin 5-də keçirilmiş sessiyasında senator Andre Rişard beynəlxalq vəziyyətin gərginləşməsi ilə bağlı ölkə qanunvericiliyinin nəzərdə tutduğu maddələri xatırladıb.
Senatın Fransa-Azərbaycan dostluq qrupunun sədri Andre Rişard Fransa Respublikasının qanunvericiliyinin 65 və 66-cı maddələrini bir daha xatırladaraq bildirib ki, beynəlxalq vəziyyət gərginləşdiyinə görə yuxarı palata aşağıda söylənilənləri qəbul etməlidir.
Fransalı senator qeyd edib ki, Dağlıq Qarabağda qoşunların təmas xəttində yenidən gərginlik yaşanıb. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağda aprelin 1-dən 2-nə keçən gecə başlayan və artıq onlarla hərbiçinin və dinc əhalinin ölümünə səbəb olan qoşunların təmas xəttindəki gərginliyin artmasına etinasız qala bilməz. Avropa İşləri üzrə nazirimizin qeyd etdiyi kimi qoşunların təmas xəttindəki gərginliyin dayandırılması ilə bağlı Fransa artıq mövqeyini bəyan edib.
O diqqətə çatdırıb ki, qoşunların təmas xəttində təcavüzün yenidən başlanması bir daha göstərir ki, mövcud status-kvo qəbuledilməz və dözülməzdir. Beynəlxalq ictimaiyyət artıq 25 ildir hərbi təcavüzə məruz qalan Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün səfərbər olmalıdır.
Vəziyyətin gərginliyini nəzərə alaraq, Fransa və aidiyyəti ölkələr Ermənistanı BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməni qısa müddət ərzində yerinə yetirməyə məcbur etməlidir.
Fransalı senator xatırladıb ki, Ermənistanın artıq 25 ildir Azərbaycan ərazilərinin nə az, nə çox 20 faizini işğal etməsi qəbuledilməzdir. Yalnız beynəlxalq hüquqa riayət etmək dünyanın bu hissəsində sülhün və ədalətin bərqərar olmasına töhfə verə bilər.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info